22.05.2013 [13:15] - Gündəm, Türkün şanlı tarixi, DAVAMın yazıları
XXI əsrin başlanğıcı Rusiya Çar imperiyasının tənəzzülə getdiyi ərəfədə imperiyanın iqtisadi və siyasi böhranları daha da kəskinləşməkdə idi. Rusiya başbilənləri bu böhranların həllini daxili milli münaqişələri süni qızışdırmaq, hərbi təzyiqlə susdurmaqla zaman əldə edib imperiyanı parçalanma təhlükəsindən qorumaq, eyni zamanda iqtisadi və siyasi böhranlardan azad olmaq yolları axtarmaqda görürdülər. Bəli, imperiyanı qorumaq üçün yol tapılmışdı: sosialist inqilabı ilə hakimiyyəti dəyişmək, milli dövlətlər adı altında respublikalar təşkil etmək və sonradan həmin respublikaları ittifaq halında Rusiya “Böyük qardaş” olmaqla vahid idarəçilik altında təşkil etməkdən ibarət plan idi.
Çarizm rejiminə qarşı başqa xalqlar kimi Azərbaycan xalqı da mübarizə aparıb müstəqilliyə can atmaqla işğaldan və əsarətdən qurtarmaq istəyirdi. 1917-ci il inqilabı ilə Rusiyada “bolşeviklər” hakimiyyəti ələ aldıqdan sonra Rusiyanın müstəmləkə siyasəti formaca dəyişsə də məzmunca eyni olaraq davam etdi. Orta Asiya, Belarusiya, Ukraina xalqları Çar üsul-idarəsi və yerlərdə onu dəstəkləyən milli məmurlarla mübarizə aparırdısa, Azərbaycanda isə vəziyyət tamamən başqa yöndə idi: Azərbaycan xalqı həm Çarizmin yeni formasını- bolşevizmi dəstəkləyənlərlə, həm də ingiilis - amerikan - ruc irtica qüvvələrinin silahlandırdığı erməni vandal-millətçi, türk qanına susamış vəhşi hərbi qruplaşmaya qarşı dayanmışdı. Qərbi Azərbaycanda xilaskar xalq qəhrəmanı Abbasqulu bəy, Qarabağda isə belə bir zamanda xalq içərisindən çıxmış vətənpərvər, öz xalqının azadlıq arzusunu həyata keçirmək üçün həyatlarını belə əsirgəməyən insanlardan biri də Laçın elinin qərəman oğulu Sultan bəy idi. Sultan bəy erməni başkəsənlərinə başçılıq edən Andronik, Dro və başqalarının hərbi basqınlarına qarşı ölüm-qalım mübarizəsinə başçılıq edirdi.
1918-ci li biabırçı “Mondoros sülh müqaviləsi” Türkiyə sultan hakimiyyəti tərəfindən qəbul edilsə də, Türkiyə xalqı və vətənpərvər hərbçilər tərəfindən qəbul edilməmişdi. Biabırçı sülhdən ruhlanan Andronik və Baqramyan, Mikoyan, Qay Bjişkyan kimi ingilis xarici kəşfiyyat idarəsinin “Anadolu” planının həyata keçirilməsində erməni quldur dəstələrinə başçılıq edən casuslar hərbi qarşılaşmada Türk mücadiləçilərinə məğlub oldular. Həmin quldur dəstələr Türkiyə ərazisindən Qafqaza qaçdılar və Qafqazda “Böyük Ermənistan” yaratmaq üçün qarşılarına gələn Qafqaz türklərini vəhşicəsinə qırmağa başladılar.
Erməni quldur dəstələri Türkiyə ərazisindən qovularkən üç istiqamətdən Azərbaycan ərazisinə soxulmuşdular: Bir hissə İrandan Zəngəzura, bir hissə Gümrüdən İrəvana tərəf, bir hissə də Tiflis istiqamətindən Loru Pəmbək ərazilərinə doğru basqın edirdi. Təpədən-dırnağa silahlanmış bir erməni alayı Vandan İran ərazisinə keçərək ingilis geniralı Tomsonun başçılıq etdiyi hərbi hissənin gizli dəstəyilə Güney Azərbaycan türkləri yaşayan bir neçə kəndlərin əhalisini güllədən, qılıncdan keçirəndən sonra Güney türklərindən ağır zərbə alarkən Zəngəzur ərazisinə keçərək qırğınları davam etdirdilər. Qafildən hücumlara məruz qalan slahsız türk kəndləri vəhşiliklə qətlə yetirilirdi. Gec də olsa, erməni basqınlarından xəbər tutan kəndlərin əhalisi Gorus dağlarını aşaraq Sultan bəyin nəzarəti altında olan Qubadlı, Laçın, Cəbrayıl ərazilərinə sığınırdılar. Sultan bəyin başçılığı ilə süvari döyüşçülər erməni quldurlarını gecə ikən Qafan ərazisində yaxaladılar. Bu döyüşdə ermənilər böyük itgi verdilər və əsir düşənlərdən Sultan bəyin süvari dəstəsi ermənilərin başqa hərbi dəstələrinin yerləşdiyi düşərgənin yerini öyrəndikdən sonra elə həmin gecənin səhər alatoranında gözlənilmədən quldurların başı üzərini aldılar. Erməni quldurları macal tapmamış hücuma məruz qaldılar və itgi verəndən sonra sağ qalanları təslim oldular. Sultan bəyin döyüşçüləri erməni quldurlardan xeyli silah-sursat əldə etdilər. Sultan bəyin dəstələri Zəngəzur istiqamətində erməni hücumlarının qarşısını aldığ bir vaxtda Abbasqulu bəy də İrəvan yaxınlığında Uluxanlı döyüşündə ermənilərə ağır zərbə vurdu və ermənilər hücumu dayandırdılar. Fəqət erməni quldurlar Amasiya türklərinindən çox sayda insan qətlə yetirmişdilər və qaçıb canlarını qurtaranlar isə Türkiyə ərazisinə keçmişdilər.
Erməni quldurların türkləri ən çox qətlə yetirdikləri ərazi Lori Pəmbək ərazisi idi. Bu ərazi tamamən dağlıq ərazidir və dağların sinələrində, dərələrində yerləşən türk kəndlərinin əhalisi o zaman maldarlıq, qoyunçuluqla məşğul olduqlarına görə kişi qisminin çoxu payızdan aran düzənliyi olan Eldar düzəngahında qışlaqlarda olurdular. Ermənilər bu vəziyyətdən istifadə edərək Lori Pəmbək ərazizinə 1918-ci ilin oktyabr ayında basqın edərkən kəndlərdə qalan qoca və qadın-uşaqlardan ibarət əhali onlara müqavimət göstərə bilməzdi. Odur ki, Lori Pəmbəyin kəndləri bütünlüklə qətlyama məruz qaldılar, təsadüfən qırğından qaçıb canlarını qurtaranlar meşələrə sığınıb nə müsibətlə Qazax ərazilərinə keçə bilmişdilər. Həmin müsibətli günləri xatırlayan Vartana Pəmbək sakini Molla İsmayıl baba belə bir hadisə nəql edirdi:
-Ermənilər kəndi səhər tezdən mühasirəyə aldılar. Camaatı evlərdən çıxarıb kəndin ortasındakı “Qaşa”-meydana topladılar. Uşaqların, qadınların vahimədən fəryadları ərşə qalxmışdı. Qız-gəlinin gözə dəyənlərini seçib ayırdılar və qalan qoca, qadın-uşaqları tövlələrə doldurdular, tövlələrin ətrafına ot-saman töküb od vurdular. Ah-nalədən qulaq tutulurdu!.. O zaman mənim on səkkiz yaşım var idi və Nəcəf şəhərində ruhani məktəbini bitirib bir ay idi ki, kəndə qayıdıb mollalıq edirdim. Qurani- Kərimi əlimdə saxlamışdım. Erməni qulduru əlimdə kitabı görüb istehza ilə dedi: -Hə türk, elə Quranınla bir yerdə yanıb kül olarsan! Cavab vermədim, camaatla birlikdə tövləyə girdim. Tövlənin baş tərəfi bayırdan dərəyə tərəf idi və birdən ağlıma gəldi ki, torpağı eşib divarın altından sürünüb bayıra çıxmaq olar. Beləcə, çuxamın altında gizlətdiyim balaca bir xəncərim də var idi. Bismillah!- deyib xəncərlə tez-tez divarın altını qazmağa başladım. Bilmirəm, həyacan içində elə bil ki, mənə qeybdən şir qüvvəsi gəldi... iki-üç dəqiqənin ərzində divarın altından sürünməklə bir adam keçəsi lağım atdım. Birinci özüm sürünüb çıxdım. Xoşbəxtlikdən tövlənin baş tərəfi dərin uçruma tərəf olduğundan quldurlar o tərəfə ot töküb yandırmamışdılar. Ətrafı tüstü bürümüşdü və ermənilər tövlədən çox kənarda idilər. Açılmış deşikdən çıxan hər kəsə səssizcə dərəyə enib, dərə yuxarı meşəyə getmələrini deyirdim... Demək olar ki, uşaqların hamsını çıxardıq və qadınlarla dərə yuxarı meşəyə göndərə bildik. Lakin qocaları və on beş qadını xilas etməyə vaxt çatmadı, tövləni bürüyən böyük alov buna imkan vermədi. Onlar artıq tüstüdən bihuş halda yıxılıb qalmışdılar... Meşənin yuxarısındakı taladan görünən kəndimizin tövlə ilə birlikdə tüstülənən alovlar içində yanmasına bir az göz yaşları içində tamaşa edib Qazax tərəfə hərəkət etməyə başladıq. Gecə beş nəfər həmyaşıdlarımla meşənin sıx ormanlı bir yerində kol-kosu təmizləyib böyük bir kom düzəltdik, içini və çölünü ağac budaqları ilə sıx döşədik. İki gündən sonra meşənin kəndə yaxın yerindəki talaya qayıtdım ki, görüm vəziyyət nə yerdədir. Taladan kənd çox aydın görünürdü. Gördüyümə inana bilmədim. Kəndin evlərinin üstləri yanmış və divarları qalmışdı. Kəndin ortasındakı meydanda Türk əsgərləri hərəkət edirdilər, onların geymlərindən tanıdım və ürəklənib kəndə endim. Məni görüb sorğu-suala tutdular, olan vəziyyəti onlara danışdıqdan sonra onların komutanı olan zabit dedi ki, gedib camaatı kəndə qaytarım... Biz kəndə qayıdandan sonra Türk əsgərləri yüzə qədər quldur erməni əsirlərini kəndin meydanına düzümüşdülər. Kəndin əhalisindən ermənilərin kimin adamını necə öldürdüklərini xəbər aldıqdan sonra həmin adama silah verib deyirdilər:- Adamınızı necə öldürüblərsə siz də qulduru o cür öldürün... Bir neçə qadın tanıdığı qulduru güllələdi... Axırda Türk zabiti quldurlara dedi:- Siz etdiyiniz vəhşiliyin əvəzində ölümə məhkumsuz! Quldurların hamsını kənddən uzaqdakı bir dərədə güllələyib üstünü də torpaqladılar...
Bir Türk əsgəri beş-altı nəfər yoldaşlarımla məndən soruşdu:- Efendim, kafırla neçin savaşmıyorsuz? Cavab verdim ki, silahımız yoxdur, nə də bizə başçılıq edib bir yerə toplayıb təlim keçən bir adam da ortaya çıxmır. Türk əsgəri mənim sözümə rəğmən dedi:
-Düz deyirsən, hər eldən bir Sultan bəy kimi qəhrəmanlar xalqı ətrafına toplayıb erməni quldurları ilə savaşmalıdır. Qarabağda indi Sultan bəyin igidləri erməni quldurlarına böyük zərbələr vurur. Abbasqulu bəy də erməni quldurlarının qarşısını kəsib xalqı qırğınlardan qoruyur. Siz də onlarla əlaqə yaradıb birlikdə mucadilə etsəniz erməni quldurları qırğınlar törədə bilməz. Erməni quldurları ancaq gizlindən silahsız insanlara hücüm edirlər. Onlar qorxaq vəhşilərdir, silahlı türklərdən zərbələr alıb hər bir hücumda məğlub olublar...
Yazdığım hadisələri xalq arasında danışılan variantlardan götürmüşəm. Belə mövzuda yaşlı adamlarla olan söhbətlər əsasında bir roman həcmində hadisələr bilirəm. Sultan bəyin qəhrə- manlığı haqqında nəinki Qarabağda, Qərbi Azərbaycanın bütün bölgələrində hadisələr və rəvayətlər şifahi formada yayılmış, onun adı iftixarla yad edilir. Sultan bəyin Abbasqulu bəylə də ələqasi olmuş, erməni basqınları haqqında bir-birlərinə xəbərlər çatdırmaqla quldurlara qarşı mübarizə aparmışlar. Nuru paşanın başçılığı altında Türk əsgərləri Azərbaycan xalqının köməyin gələn zamanlar Abbasqulu bəy və Sultan bəy Nuru paşa ilə birgə hərəkət edib erməni quldurlarını demək olar ki, tam məğlubiyyətə uğradıb Azərbaycan ərazisindən qovmuşlar... Lakin On birinci bolşevik ordusu Azərbaycanı işğal etdikdən sonra ermənilər yenidən Azərbaycan ərazilərinə soxulub məskunlaşmışlar...
Yazılası çox məqamlar var, lakin bir-iki səhifəlik məqalədə çox məlumatlar vermək imkan xaricindədir. Azərbaycanın vətənpərvər oğlu, Xalq Qəhrəmanı Sultan bəy haqqında kitab və xeyly məqalələr yazılmışdır. Mən də qələmə alınmayan yaddaşlarda qalan iki hadisəni söylədim.
Azərbaycan xalqı hər zaman düşmənlə mübarizədə qəhrəmanlar meydana çıxarıb öz varlığını məhv olmaqdan qorumuşdur. 1990- ildə Fərəc bəyin başçılığı ilə iyirmi beş cəngavər oğullar da Soyuq hərbi bazasını qışın qarlı-şaxtalı çağında ölümlə üzbəüz dayanıb ələ keçirərkən erməni -rus şovnizmin Naxçıvanı türklərdən boşaltmaq planını alt-üst etmişlər. Xalq həmin qəhrəmanlığı “Soyuq dastanı” adlandırıb dillərdə iftixarla səsləndirir. Bütün tarixlərdə xalqına, doğma Vətəninə bağlı qəhrəmanlar öz xalqının ürəyində şərəfli yer tutaraq əbədi yaşayacaqdır. Sultan bəy də Azərbaycan xalqının qəlbində əbədiyaşardır.
davam.az araşdırmaçı yazar NİFTALI GÖYÇƏLİ

Bu xəbər oxucular tərəfindən 1610 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |