23.05.2013 [12:52] - Gündəm, İqtisadiyyat
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kredit faizlərinin aşağı salınması istiqamətində dərin tədqiqat işləri aparır.
Onun sözlərinə görə, tədqiqat işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur: «Bunun başlıca səbəbləri bizə aydındır. Lakin biz bir daha geniş proqramla bank mütəxəssisləri ilə birlikdə tədqiqat işləri aparırıq». E.Rüstəmov həmçinin qeyd edib ki, kredit faizlərinin aşağı salınması bütövlükdə dövlətin işi deyil. Belə ki, faiz dərəcələri əsasən bazarda cari vəziyyətlə bağlıdır. Dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır.
Tədqiqat işlərində hər hansı yeni məsələlərin yer alacağı ilə bağlı sualın cavabında isə E.Rüstəmov bunu qabaqcadan açıqlamaq istəmədiyini vurğulayıb: «Burada bizim üçün gözlənilməz bir şey yoxdur. Amma daha sistemli, əhatəli, kompleksli tədqiqat işləri ortaya qoyulacaq».
«Lakin nəyə görə, dövlətin faiz dərəcələrinin aşağı səviyyədə olmasına baxmayaraq, kredit dərəcələri bu qədər yüksəkdir. Təbii ki, bunun da obyektiv və bazarla bağlı səbəbləri var. Söhbət inzibati yollarla təsirlərdən deyil, bu amilləri bilərək yüksək faiz dərəcələrinin hansı iqtisadi amillərlə formalaşmasından, bunların idarə olunmasından gedir. Burada həmçinin bankların riskləri, yüksək xərcləri amilləri dayanır. Tədqiqat bütün bu aspektləri əhatə edir və bu işlər başa çatdıqdan sonra əlimizdə tam bir mənzərə olacaq ki, dövlət, Mərkəzi Bank və bank sektoru hansı amilləri idarə etməlidir ki, Azərbaycanda aşağı faizli kreditlər olsun, xüsusilə biznes sektoru üçün», - deyə AMB başçısı vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 957 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |