23.05.2013 [13:17] - İqtisadiyyat
Bugün Bakıda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin 10-cu illik konfransı keçirilir. Tədbirdə 75 ölkədən 250-yə yaxın qonaq iştirak edir. Tədbirin açılışında BVF-nin idarəedici direktoru Kristin Laqardenin və Dünya Bankının prezidenti Jim Yonq Kimin videomüraciəti nümayiş olunub. Tədbir AVCİYA dəstəyi ilə keçirilir.
Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən ölkə olduğunu deyən A. Desteks bildirib ki, ölkəmiz artıq Dünya Bankının və digər təşkilatların donor ölkəsinə çevrilib. A. Desteks Azərbaycanın inkişaf xəttini digər ölkələrə nümunə göstərib. O, Azərbaycanın öz maliyyə resurslarından ölkə iqtisadiyyatının digər sahələrinin inkişafı üçün planlaşdırılmış şəkildə istifadə etdiyini vurğulayıb.
Təşkilat rəhbəri konfransın parlamentlərin ölkələrin iqtisadi inkişafında rolunu artırmağa xidmət etdiyini vurğulayıb.
Tədbir iştirakçılarını salamlayan AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov çıxışında Azərbaycan barədə məlumat verib. O həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə qonaqları məlumatlandırıb. Xocalıda ermənilərin soyqırımı törətdiklərini deyən E. Süleymanov bu soyqırımın səbəbkarlarından birinin Avropanın bu gün qəbul etdiyi, Ermənistanın indiki prezidenti Serj Sərkisyan olduğunu bildirib: «Beynəlxalq qurumlar işğalçı dövlət olan Ermənistanla işğala məruz qalan Azərbaycana fərq qoymur. Əksinə Ermənistanı dəstəkləyir. Heç bir beynəlxalq təşkilat Ermənistana beynəlxalq sanksiyalar tətbiq etmir və bu da Ermənistan önündə yaşıl işıq yandırır».
E. Süleymanov ermənilərin işğal altındakı Dağlıq Qarabağ regionunda yerləşən Sərsəng su anbarının baxımsız qaldığını, təmirsiz-baxımsız qalan bu anbarın böyük təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, bu anbarda qəza baş versə, 400 min əhalinin yaşadığı böyük ərazilər su altında qalacaq: “Fikrimcə, belə bir hal baş versə, Ermənistanı dəstəkləyən beynəlxalq təşkilatlar bu faciəni Allahın və təbiətin üzərinə atacaqlar”.
Tədbirdə çıxış edən Dünya Bankının xarici məsələlər üzrə vitse-preziienti Siril Müller qeyd edib ki, Şəbəkə ilk illərdən etibarən parlamentarilər ilə maliyyə qurumları arasında “buzu sındırmağa” nail olub.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığa həmişə önəm verib: “Azərbaycan dünyada neft gəlirlərindən istifadə edən azsaylı ölkələr sırasındadır. Azərbaycanın reytinqləri son qlobal böhran dövründə pisləşməyib, əksinə yaxşılaşıb”.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |