Şrift:
Üzeyir Cəfərov:Düşünmürəm ki, bölgədə müharibə başlasa, Rusiya ona müdaxilə edə bilsin- Müsahibə
23.05.2013 [13:36] - Hərb, Müsahibə
Müsahibimiz,“Hərbi Jurnalistlər” İctimai Birliyinin sədri, istefada olan polkovnik Üzeyir Cəfərovdır.
- Üzeyir bəy, Rusiya Ermənistanı silahlandırmaqda davam edir. Bu prosesi necə qiymətləndirirsiniz?

- Biz dəfələrlə demişik və yazmışıq ki, Cənubi Qafqazda Ermənistan adlı formal bir dövlət mövcuddur. Formal ona görə ki, bu ölkənin bütün idarəetməsi, iqtisadiyyatı, hətta hərbisi belə Rusiyadan idarə edilir və bu proses(sürəc) hələ uzun illər davam edəcək. Ən azından 2049-cu ilədək əgər hansısa fors-major(ciddi hadisələr) hadisələr baş verməzsə, Rusiya məhz Ermənistan vasitəsiylə bizim regionda varlığını qorumaq fikrindədir.

- Yəni, burada ənənəvi siyasi kurs davam etməkdədir?

- Bəli. Belə şəraitdə Rusiyanın Ermənistana silah-sursat verməsi heç də təəccüblü görünməməlidir. Bir növ Rusiya Federasiyası (RF) özü-özünü gücləndirir regionda (bölgədə). Bir də bu iki dövlət bir biri ilə strateji müttəfiqdir. Ona görə də imkan düşdükcə ruslar bu imkandan özünəməxsus şəkildə yararlanır. Biz belə halların hələ uzun müddət şahidi olacağıq.

Bir də bu faktın(dəlil) özü də onu deməyə əsas verir ki, Rusiya adlı dövlət heç vaxt Qarabağın Azərbaycan tərkibinə qayıtmasında maraqlı olmayıb və olmayacaq.

Bu hərəkətin özü ATƏT-in (Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk qrupu adlanan bivec qurumun üzvlərindən biri olan RF-nın hansı "sülhyaratma" missiyası ilə məşğul olmasını göstərir.

- Bölgədə müharibə başlayacağı təqdirdə, Rusiyanın birbaşa müharibədə iştirakı gözlənilirmi?

- Düşünmürəm ki, bölgədə müharibə başlasa, Rusiya ona müdaxilə edə bilsin. Olsa-olsa, yalnız diplomatik formada buna münasibət sərgiləyəcək ölkələrdən biri də RF olacaq. Ancaq rusların 90-cı illərdə olduğu kimi yenə döyüşlərə baş vurması mümkün deyil. Həm zaman dəyişib, həm də vəziyyət indi xeyli fərqlidir.

Söhbətləşdi:Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed