Şrift:
ABŞ-ın dövlət katibi Con Kerri 28 May – Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
24.05.2013 [11:25] - Xəbərlər, Gündəm
ABŞ Dövlət Departamentinin rəsmi saytının yaydığı məlumata görə, dövlət katibinin təbrik məktubunda bildirilir: “ABŞ və Azərbaycan dinamik tərəfdaşlıq münasibətləri qurub. biz demokratik institutları möhkəmləndirməklə, iqtisadi islahatlara yardım etməklə Azərbaycanın müstəqilliyinə dəstək vermək siyasətinə sadiqik”.

Təhlükəsizlik sahəsində əməkdaşlığı qeyd etməklə dövlət katibi Azərbaycanın Əfqanıstanın gələcəyinə verdiyi töhfəni xüsusi vurğulayıb. O iki ölkənin sülhməramlı qüvvələrinin Əfqanıstanda sülh və təhlükəsizlik naminə çiyin-çiyinə dayandığını xatırladıb.

Dövlət katibi qeyd edib ki, iki ölkə arasında energetika sahəsində çoxillik əməkdaşlıq gələn ay Cənub qaz kəməri ilə bağlı qərar açıqlandıqdan sonra növbəti mərhələyə keçmiş olacaq.

Con Kerri bildirib ki, ABŞ Azərbaycanla sülh quruculuğu və çiçəklənmə sahəsində işi davam etdirməyə hazırdır.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed