25.05.2013 [10:30] - Gündəm, Siyasət
Azay Quliyev avropalı qonaqları sual qarşısında qoydu: “Nə üçün Assosiasiya sazişində Azərbaycanın ərazi bütövlüyünün tanınmasını Avropa İttifaqı qəbul etmək istəmir?”
Bu gün “Four Season” otelində Azərbaycan Neft Şirkətinin və Almaniyanın Konrad Adenauer Stiftung təşkilatının birgə təşkilatçılığı ilə Alman- Azərbaycan Dialoq Forumu: “Azərbaycanın Avropa yolu: İrəliləyişlər və Potensiallar” adlı tədbir keçirilib.
“Azərbaycan və Şərq Tərəfdaşlığı: Siyasi və İqtisadi Tərəfdaşlıq” mövzusunda Avropa İqtisadiyyat Senatının prezidenti İngo Friedrich çıxış edib. Forumda İ.Friedrich Avropa mətbuatında çıxan məqalələri siyasi mövqe kimi qəbul etməməli olduğumuzu bildirib: “Bakı ilə Münheni müqayisə edəndə sizin şəhər daha yaxşıdı. Burada ağıllı ideyalar mövcuddur. Avropa mətbuatı neqativ xəbərlərə daha çox yer verir. Azərbaycan haqda belə məlumatlar gedirsə, bu o demək deyil ki, Azərbaycanda müsbət hal yoxdur. Biz siyasətçiləri Avropada heç vaxt tərifləmirlər. Biz gecə-gündüz işləməliyik”.
Çıxış edən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Azay Quliyev qonaqları fakt qarşısında qoyub: “Azərbaycan Avronest PA-dan tam yararlana bilmir. Avropa Parlametində Şərq Tərəfdaşlıq proqramına daxil olan ölkələrlə bağlı məsələ müzakirə ediləndə AVRONEST kənarda qalır. Avropa parlamentində mövcud olan siyasi qruplarda Azərbaycanın iştirakı haqda qənaətbəxş fikir deyə bilmərəm. Xoş hal deyil ki, Azərbaycandan heç bir siyasi partiya qruplarda iştirak etmir. Almaniyanın bunu reallaşdırmaq imkanı var. Vətəndaş cəmiyyəti sahəsində də Azərbaycanın uğurlu platformaları var. Amma bu platformanın fəaliyyətinə Avropa Birliyi öz dəstəyini artırmalıdır”.
Bundan başqa A. Quliyev bildirib ki, Avropa Parlamenti Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən qeyri-şərtsiz boşladılması ilə bağlı qətnamə qəbul edib. “Ancaq Ermənistan tərəfi bu qətnaməyə eməl etmir. Bu yaxınlarda Avropa İtifaqı ilə Ermənistan arasında assosiasiya sazişi bağlanacağı gözlənilir, həmin Qətnamə bu sazişdə nə üçün əks olunmayıb?”-deyən millət vəkilinin sualları tək bununla yekunlaşmayıb.
“Azərbaycanla assosiasiya sazişi bağlanan zaman orada Azərbaycanın ərazi bütövlüyünün tanınmasını Avropa İttifaqı qəbul etmək istəmir. Nə üçün bir çox Avropa ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda Avropa İttifaqı nədənsə bu məsələni assosiasiya sazişinə salmaqdan yayınır?”- deyə Millət vəkili Almaniyalı həmkarlarını sual qarşısında qoyub.

Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |