25.05.2013 [11:02] - Gənclik
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu gün “Şərq tərəfdaşlığı ölkələrinin gənclərinin beyin mərkəzi şəbəkəsi”nin nümayəndələri ilə görüşüb.
Qonaqlarla ölkəmizdə görüşündən məmnunluğunu ifadə edən Şura sədri ölkəmizdə vətəndaş cəmiyyətinin hazırkı durumu haqqında fikirlərini bölüşüb. Millət vəkili Şuranın fəaliyyət istiqamətləri, xarici ölkələrin QHT-ləri üçün elan edilən müsabiqə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verərək onları prosesdə yaxından iştiraka dəvət edib. Ermənistan-Azərbaycan münaqişəsinin həllində QHT-lərin üzərinə düşən missiya və onların sülh prosesinin inkişafına təsiretmə mexanizmi, erməni-azərbaycan icmalarını görüşünün mümkünlüyü, mətbuatın hazırkı durumu kimi məsələləri diqqətə çatdıran A. Quliyev münaqişənin ölkəmiz üçün yaratdığı fəsadlardan bəhs edib.
Şura sədri həmçinin xarici qonaqları maraqlandıran çoxsaylı sualları da cavablandırıb.
Qeyd edək ki, görüşdə “Beynəlxalq Gənc Peşəkarlar Fondu”nun direktoru Rosen Dimov, Avropa Alternativlərinin həmsədri Nokolo Milanes, Amerika Birləşmiş Ştatlarının Alman Marşal Fondunun Ankara direktoru Özgür Ünlühisarcıklı, “Gənclərin Avropada qərar qəbuletmədə iştirakı üçün gənc beyin mərkəzi lobbiləri”nin təsisçisi Andrea Gerosa, Şərq tərəfdaşlığı vətəndaş cəmiyyəti forumunun “insanlar arasında əlaqə” dördüncü işçi qrupunun əlaqələndiricisi Yaryna Borenko, Beynəlxalq işlər üçün Assosiasiyanın təmsilçisi Vladimira Votanova, “İqtisadiyyat və sosial araşdırmalar üzrə Qafqaz İnistitutu”nun icraçı direktoru Temur Tordinava iştirak edib.
Mətbuat xidməti

Bu xəbər oxucular tərəfindən 881 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |