Şrift:
Aramsız yağan yağış və qar Zərdab rayonunda problemlər yaradıb
14.11.2011 [11:11] - Gündəm
Son günlər güclü küləklə müşahidə olunan aramsız yağış və qar Zərdab şəhərində və rayonun bir sıra kəndlərində problemlər yaradıb.

APA-nın Aran bürosunun xəbərinə görə, şəhərin Azərbaycan, 20 Yanvar, Zərdabi, 28 May küçələrində və kəndlərdə fərdi yaşayış evlərinin, məktəblərin həyətləri, zirzəmilər yağıntı sularının altında qalıb. Zərdab şəhərindəki musiqi məktəbinin binası isə qəzalı vəziyyətə düşüb. Zərdab rayon İcra Hakimiyyətindən verilən məlumata görə, yaranmış vəziyyətlə bağlı əlaqədar orqanlara məlumat verilib, müvafiq tədbirlər görülür. Yağış və qrunt sularının kollektorlara axıdılması üçün 50-dən çox nasos quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun Mingəçevir İxtisaslaşdırılmış Stansiyasının Zərdab rayon Hidrometeoroloji Stansiyasından verilən məlumata görə, noyabrın 6-sı, 7-si və 8-də rayon ərazisinə düşən yağıntının miqdarı 47, 9 millimetr olub. Bu da aylıq normanın 77 faizini təşkil edib.
Bu xəbər oxucular tərəfindən 965 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed