Şrift:
Milli qəhrəmanlarla bağlı qanun layihəsi qəbul oluna bilər
25.05.2013 [14:13] - Gündəm, Sosial
Milli Məclisin cümə günü keçirilən iclasında milli qəhrəmanlarla bağlı qanun layihəsinin qəbul olunması təklif olunub


Millət vəkili, Milli Məclisin Social siyasət komitəsinin sədr müavini Musa Quliyev müzakirələr zamanı bildirib ki, Azərbaycanda şəhid olan milli qəhrəmanlarla yaşayanlar arasında münasibət fərqlidir.


O qeyd edib ki, hazırda Azərbaycanın 211 Milli Qəhrəmanının yalnız 17 nəfəri sağdır.


Millət vəklili milli qəhrəmanlara xüsusi statusun verilməsini təklif edib:


"Xüsusi status həyatda olan milli qəhrəmanların sosial təminatının, imtiyazlarının, mənzil, iş yerləri, harada dəfn edilmələri, ictimai funksiyalarını əks etdirəcək".


O vurğulayıb ki, milli qəhrəmanlara yanaşma sistemli şəkildə həyata keçirilməlidir: "Milli qəhrəmanlar millətə nümunə kimi göstərilməli, milli vətənpərvərlik ruhunun yüksəldilməsinə şərait yaradılmalıdır".
Bu xəbər oxucular tərəfindən 1043 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed