26.05.2013 [13:05] - Xəbərlər
Bu gün Özbəkistanda saat 11:08-də növbəti dəfə zəlzələ baş verib.
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Daşkənddən 185 km cənubi-qərbdə və Cizak şəhərindən 48 km şimali-qərbdə olub.
Mərkəzin ilkin məlumatına görə, təkanların maqnitudası 6,5 təşkil edib.
Zəlzələ Daşkənddə təxminən 3 bal gücündə hiss olunub.
Qeyd edək ki, mayın 25-də gecə Özbəkistanda zəlzələ baş vermişdi. Zəlzələnin episentri Daşkənd vilayətində, Daşkənd şəhərindən təqribən 30-40 km cənubi-qərbdə olub. Episentrdə yeraltı təkanların gücü 5,5-6 bal, Daşkənddə isə 4-5 bal təşkil edib.

Bu xəbər oxucular tərəfindən 684 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |