27.05.2013 [12:17] - Mədəniyyət
Mayın 29-da Xalq Artisti Mənsum İbrahimov Lüksemburqa geniş konsert proqramı ilə çıxış edəcəkdir. Xalq Artisti bildirmişdir ki, Lüksemburq simfonik orkestri ilə birgə məşq etmək üçün bu ölkəyə üç gün əvvəlcədən gedəcəyik. Konsertdə xalq və bəstəkar mahnılarımızla yanaşı, muğamlarımız da səsləndiriləcəkdir. Layihənin maraqlı məqamlarından biri də muğamları getdiyimiz ölkələrin orkestrləri ilə birgə ifa etməyimizdir.
Səfər 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunmuşdur. Bu layihə artıq neçə ildir ki, fəaliyyət göstərir və biz onun əsasında 10-dan çox ölkədə olmuşuq.
Əsas məqsədin Azərbaycan muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu deyən Xalq Artisti bildirmişdir ki, Avropa ölkələrində simfonik musiqini çox sevirlər. Həmin səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır.

Bu xəbər oxucular tərəfindən 1004 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |