Şrift:
Sığorta Agentliklərinin III illik Forumunu keçirilib
27.05.2013 [12:41] - Sosial
Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti «Güclü brend ilə fərq yaratmağa davam edirik» adlı Sığorta Agentliklərinin III illik Forumunu keçirib. Üç gün davam edən Forumda sığorta agentliklərinin rəhbərləri və «AXA-Mbask»la əməkdaşlıq edən sığorta agentləri iştirak ediblər.

Forumun birinci günü yerli sığorta bazarının mövcud problemlərinin müzakirəsinə həsr edilib. İkinci gün iştirakçılara xaricdən xüsusi dəvət olunmuş ekspertlər satışla bağlı geniş treninqlər keçiriblər. Həmçinin, təbirdə keçən ilin nəticələri, Azərbaycanda agent satışlarının genişləndirilməsi ilə bağlı məsələlər, sığorta agentliklərinin inkişafına dair planlar və strateji istiqamətlər, agent şəbəkəsi vasitəsilə icbari və könüllü sığorta növlərinin satışı və əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər və layihələr müzakirə olunub.

Qeyd edək ki, «AXA-Mbask»ın keçirdiyi sığorta agentliklərinin forumları Azərbaycanda keçirilən ilk belə tədbirlərdəndir. Bu tədbirlər göstərib ki, «AXA-Mbask» sığorta şirkəti və onun sığorta agentlikləri Azərbaycan bazarında dinamik inkişaf etməyə və sığorta bazarının əvəzedilməz strateji partnyoru olmağa doğru irəliləməkdədir.

«AXA-Mbask» Bakı və bölgələrdə 80-ə yaxın agentlik yaradıb. Müasir informasiya texnologiyalarının tətbiqi sayəsində online rejimdə agentliklərinə və müştərilərinə yüksək səviyyədə xidmətlə təmin edib.
Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed