27.05.2013 [12:50] - Gündəm, Hərb
Azərbaycan yaxın vaxtlarda Türkiyənin ROKETSAN şirkəti ilə reaktiv raketlərin istehsalına başlayacaq. Bu barədə ROKETSAN şirkətindən məlumat verilib.
Raketlərin istehsalı üçün ROKETSAN-ın iştirakı ilə Azərbaycanın müəssisələrindən birində istehsal xətti yaradılıb. İstehsala başlanmasına dair tərəflər arasında müqavilə bu il mayın 8-də İstanbulda imzalanıb.
Müqavilə çərçivəsində Azərbaycanda 107 və 122 mm çaplı reaktiv raketlərin istehsalı həyata keçiriləcək. Raketlərin yalnız motoru ROKETSAN tərəfindən hazırlanacaq. Digər hissələr və yığım isə Azərbaycanda həyata keçiriləcək.
Birgə istehsal ediləcək 122 mm çaplı raketlər hazırda ordunun silahlanmasında yer alan, «Qrad» reaktiv yaylım atəş sistemində tətbiq olunan 122 mm raketlərdən öz atış mənzilinə görə 2 dəfə uzaqlığa (42 km) malikdir. 107 mm çaplı raketlər isə 11 km mənzilə sahibdir. Bu da Rusiya və Ukrayna istehsalı olan raketlərdən təxminən 4 km artıq mənzil uzaqlığı deməkdir.

Bu xəbər oxucular tərəfindən 1124 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |