Şrift:
Bakıda ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək
27.05.2013 [13:17] - Xəbərlər, Gündəm
UNESCO-nun Baş Konfransının prezidenti Katalin Bogyay 29 may-1 iyun tarixlərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Bakıya gələcək. Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərə görə, forumda BMT-nin Sivilizasiyalar Alyansının rəhbəri Nasir Əbdüləzizəl-Naser, İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibinin müavini Qismət Gözəlov da iştirak edəcək.

Forum çərçivəsində Azərbaycanın şərqlə-qərbin, müxtəlif mədəniyyətlərin kəsişməsində yerləşməsi nəzərə alınaraq ilk dəfə Dünya Forumu Nazirlər Konfransı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 733 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed