29.05.2013 [10:04] - Mədəniyyət
Mayın 31-də Bakıda «Nar Gallery» mərkəzində Bakı Qalereyalar Festivalının bağlanış sərgisi keçiriləcək. Baku Creative Center» yaradıcılıq mərkəzinin Azərbaycanda ilk dəfə təşkil etdiyi bu festival martın 4-dən iyunun 1-dək keçirilir. Bu günə kimi festival çərçivəsində təqdimatlar «Baku Creative Center», Xətai Sənət Mərkəzi, Bakı Qalereyası, «Kiçik Qalart», «Art Villa», «Yeni Gallery», Muzey Mərkəzi, «Art Group», Müasir İncəsənət Mərkəzi, «Ln Gallery»də keçirilib.
Son sərgidə Səttar Bəhlulzadə, Tağı Tağıyev, Mahmud Tağıyev, Xalidə Səfərova, Cavad Mircavadov, Əşrəf Murad, Kamal Əhməd, Rasim Babayev, Gennadi Brijatükun əsərləri təqdim olunacaq.
Bakı Qalereyalar Festivalının keçirilməsində əsas məqsəd Bakıda qalereya həyatını canlandırmaq, yaradıcı şəxsləri bir araya gətirib ümumi iş ətrafında birləşdirmək, festival vasitəsilə sadə insanlarda incəsənətə maraq yaratmaqdır. Festivalın gələcəkdə ənənəvi xarakter alması nəzərdə tutulur.

Bu xəbər oxucular tərəfindən 810 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |