Şrift:
Azərbaycan hərbçiləri bir sıra tədbirlərə qatılacaqlar
30.05.2013 [11:00] - Gündəm, Hərb
Azərbaycan hərbçiləri “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı (FTP) əsasında keçiriləcək və digər tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Makedoniya Silahlı Qüvvələrinin bölüyünün 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi və qiymətləndiricilərin təlim kursu 2-7 iyunda Kvadarçı (Makedoniya) şəhərində baş tutacaq. Adi silahlara nəzarət üzrə informasiya mübadiləsi kursu iyunun 3-dən 7-dək Oberamerdə (AFR) olacaq.

Tərəfdaş ölkələrin qərargah zabitləri üçün NATO ilə tanışlıq kursu isə Brüsseldə (03-07 iyun) keçiriləcək.

Riqa şəhərində isə NATO-nun konsepsiyaların hazırlanması və tətbiq edilməsi üzrə tədbir (03-07 iyun) olacaq.

Azərbaycan-AFR ikitərəfli əməkdaşlıq proqramına əsasən, mətbuat və informasiya işi üzrə ekspert danışıqları Bakıda iyunun 3-dən 7-dək davam edəcək.

“Qərargah zabitləri üçün MTT üzrə tanışlıq” kursu isə 3-14 iyun tarixlərində Ankarada keçiriləcək.

25-ci Beynəlxalq hərbi müşahidəçi kursu (03-21.06.2013) Szolnokda (Macarıstan)
baş tutacaq.

İyunun 4-6 iyun tarixlərində Silahlı Qüvvələrin hərbi təhsil sisteminin bəzi sahələrinin inkişafına yardım göstərilməsi məqsədilə NATO/ABŞ ekspertləri Bakıya səfər edəcəklər.

Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən, Silahlı Qüvvələrdə infeksion xəstəliklər üzrə regional silsilə seminarı Tallində (04-06.06.2013) keçiriləcək.

Baltik Müdafiə Kollecinin nümayəndə heyətinin Azərbaycan Respublikasına akademik səfəri iyunun 4-dən 8-dək davam edəcək.

Azərbaycan-AFR arasında 2013-cü il üçün illik proqrama əsasən, Tibb xidməti üzrə ekspert danışıqları Lir şəhərində (AFR) baş tutacaq.

NATO və tərəfdaş ölkələr üçün NATO rabitə və informasiya sistemləri üzrə tanışlıq kursu isə 10-14 iyunda Latinada (İtaliya) keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed