30.05.2013 [11:21] - Mədəniyyət
Mayın 31-də saat 19.00-da Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq Artisti Əliağa Ağayevin anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Əliağa Ağayev milli teatr tarixinin fitri istedada malik parlaq simalarındandır. Zəngin mədəni ənənələrə həmişə sadiq qalan səhnə ustası və kino aktyoru kimi o, özünəməxsus üslubda yaratdığı son dərəcə koloritli obrazlarla Azərbaycan mədəniyyəti salnaməsinə yeni səhifələr yazıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2013-cü il tarixli Sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə keçirilən yubiley gecəsinin ssenari müəllifi və aparıcısı xalq artisti Ramiz Novruz, rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.
Yubiley gecəsində Teatr Xadimləri İttifaqının sədri xalq artisti Azər Paşa Nemət, əməkdar artist Ramiz Məmmədov, kinoşünas Aydın Kazımzadə, televiziya rejissoru Məhərrəm Bədirzadə çıxış edəcək, görkəmli aktyorun çəkildiyi filmlərdən və oynadığı tamaşalardan fraqmentlər göstəriləcək.

Bu xəbər oxucular tərəfindən 1048 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |