30.05.2013 [11:25] - Mədəniyyət
Gəncə Dövlət Dram Teatrı kollektivi Ukraynada keçirilən "Klassiklər bu gün" adlı 9-cu beynəlxalq teatr festivalında iştirak edib. Teatrın direktoru Əli Qasımovun sözlərinə görə, kollektiv festivalda Qoqolun “Evlənmə” tamaşasını nümayiş etdirib. Quruluşcu rejissoru İradə Gözəlova olan tamaşada rolları İlham Hüseynov, Elxan Abasov, Zəminə Cəfərova, Şəlalə Rüstəmov və başqaları ifa edib.
Direktor onu da qeyd edib ki, Gəncə Dövlət Dram Teatrının aktyoru münsiflər heyətinin təyin etdiyi nominasiyada fəxri ada da layiq görülüb: “Festivalda olan gözəl aktyor işi, gözəl rejissor işi, ən yaxşı kişi aktyor, ən yaxşı qadın aktrisa işi adı verilən nominasiyalar üzrə bizim tamaşanın baş rolunun ifaçısı əməkdar artist İlham Hüseynov festivalın “ən yaxşı kişi obrazının ifaçısı” nominasiyasında qalib oldu”.
Yeni mövsümdə isə kollektiv Rusiyanın Moskva şəhərində təşkil olunan festivala dəvət olunub.

Bu xəbər oxucular tərəfindən 867 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |