31.05.2013 [11:59] - İqtisadiyyat
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyatları 2013-cü ilin sonuna kimi 30 tona çatdırılacaq. Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, indiyədək Fond tərəfindən 22-23 ton qızıl alınıb və bunun 7-8 tonu artıq Azərbaycana gətirilib. ARDNF başçısı həmçinin bildirilib ki, Fond bu ilin sonuna kimi alınmış qızılın tam şəkildə ölkəyə gətirilməsinə çalışacaq.
Ş.Mövsumov bəyan edib ki, dünya bazarlarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik ARDNF-i narahat etmir və Fond qiymətin aşağı düşməsi səbəbindən qızılı satmaq niyyətində deyil.
Ş.Mövsumov bəyan edib ki, dünya bazarlarında qızılın qiymətində müşahidə olunan dəyişkənlik ARDNF-i narahat etmir və Fond qiymətin aşağı düşməsi səbəbindən qızılı satmaq niyyətində deyil.
Bu xəbər oxucular tərəfindən 1298 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |