Şrift:
Azərbaycan nümayəndə heyəti İrəvana getmədi
31.05.2013 [12:40] - Xəbərlər, Gündəm
Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Ermənistanın rəhbərliyi altında AŞPA Daimi Komitəsi və Bürosunun dünən İrəvanda keçirilən iclasına Azərbaycan nümayəndə heyəti qatılmayıb. Bu barədə Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov bildirib.
O azərbaycanlı deputatların AŞPA-nın İrəvanda keçirilən iclaslarında iştirakdan imtina etmə səbəblərini açıqlamayıb.
Qeyd edək ki, İrəvanda keçiriləcək iclaslarda əsas diqqət Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi dövründə prioritetlərinə, AŞPA ilə AŞ Nazirlər Komitəsi arasında siyasi dialoqa ayrılıb.
Daimi Komitənin iclasının gündəliyinə alternativ həbs cəzası, Avropa Şurasının 2014-2015-ci il büdcəsinin müzakirəsi də daxildir. AŞPA Avropa Sollar Qrupu iclasda «Dağlıq Qarabağ münaqişəsi 25 il sonra: Ermənistan və Azərbaycan barışdırmaq üçün Avropa Şurasının imkanları» mövzusunda müzakirələr keçirməsini də təklif edib. Bu diskussiyaların tarixi hələ ki bəlli deyil.
Xatırladaq ki, mayın 16-da Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə altı aylıq sədrlik səlahiyyətini rəsmən təhvil alıb.
Bu xəbər oxucular tərəfindən 651 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed