31.05.2013 [12:53] - Gündəm, Hərb
Baş verənlər istənilən an böyük müharibənin başlanğıcı üçün qığılcıma çevrilə bilər
Cəbhə xəttində hökm sürən gərginlik barədə hər gün yayılan xəbərlər bu qəbildən olan informasiyaları bir qədər adiləşdirsə də, proseslərin inkişaf istiqaməti əslində, hər an genişmiqyaslı müharibənin başlana biləcəyindən xəbər verir. Özü də belə müharibəyə səbəbkar tərəf məhz ermənilər özləri olacaq.
Çünki cəbhə zonasında atəşkəsin intensiv pozulması erməni qüvvələri tərəindən həyata keçirilir. Məsələn, mayın 29 və 30-da erməni silahlı bölmələri Cəbrayıl rayonunun Mehdili, Tərtər rayonunun Çaylı, Çiləbürt, Qızıl Oba kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub. Digər cəbhə zonası olan ərazilərdə də analoji hökm sürür. Lakin məsələnin diqqət çəkən əsas tərəflərindən biri odur ki, baş verənlər istənilən an böyük müharibənin başlanğıcı üçün qığılcıma çevrilə bilər.
Məsələyə münasibət bildirən Minsk qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayza son vaxtlar gərginliyin artmasını münaqişənin həllinin uzanması ilə əlaqələndirib: «Danışıqların heç bir nəticə verməməsi qoşunların təmas xəttində gərginliyi artırır. Bu da nəticə etibarı ilə hərbi problemlər yaradır. Metyu Brayza «Lider» televiziyasına açıqlamasında onu da vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi yalnız «Madrid prinsipləri» əsasında öz həllini tapa bilər. Bu arada Ermənistanın müdafiə naziri Seyran Ohanyan əsgər valideynləri ilə görüşdə Azərbaycanın hərbi gücünün artmasından ölkəsinin narahatlığını gizlətməyib. Erməni nazir bildirib ki, Azərbaycan tərəfi ən müasir silahlarla təchiz olunub. Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən 3 dəfə çoxdur. Seyran Ohanyan Azərbaycanın Müdafiə Nazirliyinin müharibəyə hazırlaşdığını iddia etməkdən çəkinməyib.
Hələlik isə məlum olan odur ki, Azərbaycanla Ermənistan sərhəddindəki cəbhə xəttində gərginlik davam edir. Özü də qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimi ciddi şəkildə pozulmaqdadır. Digər tərəfdən o da məlumdur ki, cəbhədəki durumdan əndişələnən ermənilər hər an başlaya biləcək irimiqyaslı hərbi əməliyyatların qarşının alınması üçün əcnəbi vasitəçiləri prosesə müdaxilə etməyə çağırırlar. Lakin hərbçi ekspertlər qeyd edir ki, cəbhədəki vəziyyət hər an genişmiqyaslı hərbi əmıəliyyatların başlanmasına rəvac verə bilər. Artıq Azərbaycan Ordusu döyüşə tam hazırdır. Qarşı tərəfdə hərəkətlilik və təlaş müşahidə olunur. Müharibəyə yol verməmək üçün Azərbaycan tərəfi bəyan edir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş səylər üçqat artırılmalıdır. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilk növbədə Azərbaycanın marağındadır: «Dağlıq Qarabağ münaqişəsinin həllinə qədər danışıqlar masasını çətinliklərdən təmizləmək lazımdır». Elmar Məmmədyarov bildirib ki, hərbi faktorun mövcudluğu, güc tətbiqi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında qalması, qaçqın və məcburi köçkünlər kimi sosial partlayışa səbəb olan elementlərin mövcudluğu vəziyyəti mürəkkəbləşdirir: «Azərbaycan tərəflər arasında etimadın möhkəmləndirilməsi tədbirlərinə tərəfdardır. Biz bir neçə il əvvəl Rusiyanın köməyilə təşkil olunmuş qarşılıqlı səfərlərin bərpasını təklif edirik. O zaman 2 belə səfər təşkil olundu. Lakin sonradan Ermənistan buna qadağa qoydu. Bu, etimad mühiti formalaşdırmaq üçün ciddi tədbirdir. Elmar Məmmədyarov bildirib ki, fəaliyyətsizlik vəziyyəti daha da gərginləşdirir: «Təmas xəttində insidentlərin sayı ilbəil artir. 4 il əvvəl hər 2 tərəfdə 600 insident qeydə alınırdısa, ötən il bu rəqəm 3000-ə çatıb. Bu isə təhlükəlidir».
ATƏT-in Minsk qrupunun amerikalı müvəqqəti həmsədri Yan Kelli də etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti qəbul edilməzdir: «Münaqişənin həllinə dair danışıqlarda irəliləyişə nail olmaq lazımdır». Bildirib ki, dondurulmuş münaqişələrin nizamlanması prosesinə dəstək daim ATƏT-in gündəmində qalmalıdır: «ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə sıx əlaqədə işi davam etdirəcək. Azərbaycan Birləşmiş Ştatların mühüm tərəfdaşıdır. Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən, təhlükəsiz və suverən ölkə kimi görmək istəyirik».

Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |