Şrift:
Nümayişçilər İstanbulda Bosfordan keçən körpünü ələ keçiriblər
01.06.2013 [13:12] - Xəbərlər, Türk dünyası-Turan
Bu gün səhər saatlarında nümayişçilər İstanbulda Bosfordan keçən körpünü tam ələ keçiriblər. Bu barədə şənbə günü "HABER 7" telekanalı məlumat verir.
Telekanalın məlumatına görə, hazırda 1000-dən artıq nümayişçi bu körpü üzərindən Taksim meydanına doğru irəliləyir.
Türkiyənin müxtəlif şəhərlərində İstanbulun Taksim meydanında Gezi parkındakı nümayişçilərə dəstək aksiyaları keçirilir. Türkiyə KİV-in məlumatına görə, hazırda Gezi parkında gərginlik davam edir.
Gezi parkının dağıdılmasına etiraz edənlər İstiqlal küçəsində barrikadalar qurublar və polis əməkdaşlarına daş atırlar. Polis etirazçılara qarşı gözyşaradıcı qaz və su şırnaqlarından istifadə etməyə davam edir.
İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.
İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.
İyunun 1-də səhər saatlarında Türkiyənin İzmit vilayətində bir qrup nümayişçi ölkənin hakim partiyasının binasını ələ keçirməyə cəhd edib.
Bu xəbər oxucular tərəfindən 928 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed