15.11.2011 [05:42] - DAVAMın yazıları
Niyə Türk dövlətləri birləşib, Turan Dövləti yaratmasın?
Məgər Avropa dövlətləri birləşib, Avropa İttifaqı yaratmadımı?
Kremlin başqa pəncərəsindən baxanda
“Türk marşı” adlı məqalənin ikinci şərhçisi syasətşünas, Siyasi Qiymətləndirmə Mərkəzinin başqan yardımçısı Aleksandr Şatilovdur. Həmkarı ilə müqayisədə A.Şatilov bir az daha kəskin mövqe tutur, Türkiyəni saxtakarlıqda, Rusyanı isə ləngiməkdə tənqid edir. Onun fikrincə, “Türkiyənin Yaxın Şərqdə öz mövqeyini möhkəmlətmək cəhdləri içində müəyyən qədər qeyri-səmimilik payı da vardır, bu göz qabağındadır.” Yəni Türkiyə ərəb ölkələrinə yönləndirdiyi siyasətdə o qədər də səmimi deyil, bu siyasətin içində ərəbləri aldatmağa məxfi meyl də var. Şatilov bu məsələdə ciddi yanılır. O bilmir ki, ərəblər dünyada yalnız Türkiyəyə, orada yaşayan müsəlman qardaşlarına inanır və güvənir. Çünki Türkiyə Cumhuriyyəti müsəlman ölkələr arasında yeganə lider dövlətdir. Bu səbəbdən Ərəb Dünyası boyda bir coğrafiyaya Türkiyə hər hansı siyasi konyuktura naminə xəyanət etməz. Bunu Avropanın və ABŞ-n İraka I Körfəz Savaşı öncəsi qoyulan embarqo zamanı da gördük: embarqoya baxmayaraq, Türkiyə İraka həm yolllarını açdı, həm də İrakda coxdan dondurulmuş səfirliyini açdı. ABŞ 10 milyarddan çox pul-para təklif etsə də Türkiyə İraka nə öz ordusunu yolladı, nə də İncirlik üstündən NATO təyyarələrini İraka buraxdı. Bu hərəkəti Türkiyənin siyasi dövlət iradəsini və islam həmrəyliyini ifadə etmirmi? A.Şatilovun bunları bilməsidə lazımdır. Digər cəhətdən, Türkiyə Cümhuriyyətinin izlədiyi xarici siyasətin demokratik məzmunu öz ciddi qaynağını yalnız Avropa layiq demokratiyasından deyil, həm də nüvəsində Allaha və insana məhəbbət təlqin edən “Qurani-Kərim”dən qaynaqlanan İslam demokratiyasından alır - bunu da A.Şatilovun bilməsi lazım.
Ərəb ictimayətinin ona bəslədiyi simpatiyanı nəzərə alan Türkiyə antiisarail siyasətini yetərincə sərtləşdirir, bu zaman o, müsəlman dünyasının lideri kimi bir poza tutur və bu ölkələri yeniosmançılıq ideyaları əsasında birləşdirmyə gücü çatan bir ölkə göstərisi yaradır. Bunula da çox ehtimal ki, Vaşinqtonda formalaşan bir tapşırığı həll edir. Türkiyənin siyasəti yetərincə dinamikdir. Bu mənada dinamik siyasətlə mühafizəkar dünyabaxışı biri-birinin əksinədir -yəni, yeniosmançılıq ideyası çağdaş Türkiyənin siyasi kursuna çevrilə bilməz. Əgər Turan zəkasının xətləri üzərində bir ideya olsa bu normaldır. Məgər Amerikada ştatlar birləşib güclü dövlətə çevrilmədimi? Məgər Avropa dövlətləri birləşib, Avropa İttifaqı yaratmadımı? Niyə Türk dövlətləri birləşib, Turan Dövləti yaratmasın? Onlara olar, bizə yox?! Bu birlik ideyasının semantikasında yeniosmançılığa yer yoxdur. Təşvişə düşməyə dəyməz.
Oxuyuruq: “Burada sanki xeyirxah və qəzəbli müstəntiq rolunda bir oyun gedir, xeyirxah müstəntiq rolunu Türkiyəyə, qəzəbli müstəntiq rolunu isə İsrailə həvalə etmişlər. Mənə elə gəlir ki, Türkiyə qarşısında qoyulan vəzifə ondan ibarətdir ki, antiisrail “havasını” boşaltmaqda ərəblərə kömək etsin. Xatırladıram ki, Türkiyə bütün vasitələrlə Qərblə əlaqələrini möhkəmlətmək istəyir, hətta Avropa İttifaqına qəbul olmaq üçün ümidləri itirsədə. Buna görə də ərəb ictimayyəti Türkiyənin bu fəallığına bir az ehtiyatla yanaşır. Ərəblərin çoxu küləyin haradan əsdiyini anlayır. İkincisi, bir çox ərəblər Osmanlı dönəmində aldıqları zülmü, işgəncələr və inciklikləri, o cümlədən milli ərəb hərəkatının osmanlılar tərəfindən qəddarca yatırıldığını unutmamışdır. (Əslində Osmanlıdan ayrılan Ərəb dünyası 80 ilə yaxındır ki, yiyəsiz qaldığına görə ABŞ-ın, İngiltərənin, Fransanın, qismən SSRİ-nin qurduğu rejimlərdə pərişan halda yaşamırmı? Bu inqilablar məhz o pərişan həyatın nəticəsi deyilmi?-Ə.K.) Bu ölkənin baş nazirinin Misirdə və başqa ərəb ölkələrində böyük ruh yüksəkliyi ilə qarşılanması heç kəsi aldatmasın. Hər halda türk və ərəb dünyası arasında bir çox fərqlər və əksiliklər mövcuddur. Hazırkı durumda bu regiona yönəlik siyasətində Rusiya özünü itirmişdir. Ölkə rəhbərləri hiss edirlər ki, Yaxın Şərq siyasətində təşəbbüsləri öz əllərindən buraxırlar, ona görə də ərəb dünysına xoş gəlmək üçün onların ağrılı yeri olan Fələstinin müstəqilliyini qəbul etməyi müdafiə edirlər. Hətta bu zaman belə BMT bu təşəbbüsü irəli sürəndən sonra etdilər. Belə bir vacib beynəlxalq məsələdə bizim (RF-nin Ə.K.) aydın mövqeyimiz yoxdur və biz həmişə gec qalaraq hərəkət edirik”.
Siz burada A.Şatilovunda öz həmkarı kimi türk öbrazında etibarsız siyasi partnyor yaratmağa meyli açıq-aydın gördünüz, bununla bərabər ərəb-türk dostluğuna nifaq toxumu səpməyə təşəbbüsünü gördünüz. A.Şatilov müstəqil Türkiyə dövlətinin xarici siyasətini kölgə altına alır, Türkiyəni Yaxın Şərqin “jandarmı” rolu oynadığına işarə vurur. Güya Amerikanın belə bir prinsipi var: “əgər hər hansı prosesi çözə bilmirsənsə, o zaman o prosesə rəhbərlik et.” O məntiqlə güya ABŞ Türkiyəni o proseslərə rəhbərlik etməyi həvalə etmişdir. Bu əslində vaxtı ilə kommunist iş üslubu olmuşdu. A.Şatilov ABŞ-ın siyasi konyukturası ilə kommunistlərin siyası konyukturası arasında var-gəl edir. Rusiyanı fəal olmağa çağırır. Bir düşünmək lazımdır, İslam dünyasında Rusiya Türkiyə qədər fəal ola bilərmi? Bu fikrə gəlmək, artıq öz işində peşəkar olmamağı göstərir. Demirəm cahillikdir, xətirlərinə dəyər. Rusiyanın siyasətşünas “professorları” Qafqaz siyasətini çardan gələn ənənəyə görə Çeçenistan və Dağıstan xalqlarını sözün tam mənasında soyqırıma məruz qoymaq üzərində qurmuşlar-yəni əlləri ora rahat çatır, ona görə. Yəni İsrailin 63 ildir Fələstində törətdiyi cinayətlərə bənzər hərəkətləriylə bir-birinə bənzəyir. Kreml üzdə sionizmi pisləyir, əlaltından isə İsrailə bütün sahələrdə ciddi dəstək verir. Qarabağ məsələsinin güya həllini çox istədiyi halda Ermənistanda iki ordu saxlayır, öz ordusuna vermək bəhanəsiylə daşnak-erməniləri hər bir vasitə ilə silahlandırır, təcavüzkar və işğalçı, terrorizmə dəstək verən for-post bir ölkə ilə 40 illiyə hərbi əməkdaşlıq müqaviləsi bağlayır. Yaxşı olardı ki, Stanovski və Şatilov və bütün onlara bənzər politikanlar Gürcüstana 5 Günlük müharibəni, Çeçenistanda və Dağıstanda aparılan soyqırım müharibıəsini, Qarabağın açarının Kremldə gizlədilməsini, onların yeritdiyi Yeni Qafqaz siysəti nəticəsində Azərbaycanda 1milyondan artıq soydaşımızın öz doğma tarixi vətənində yersiz-yurdsuz qalmağını, rusların Qafqaz siyasətinin girovuna çevrilməyini görsünlər və s. bu kimi məsələləri müzakirəyə çıxartsınlar-ikiüzlü, geri zəkalı siyasətdən əl çəksinlər. Qafqazda törədilən faciləri görməzlikdən gəlib, işğalçı, təcavüzkar İsraili müdafiə etməsinlər, zatən İsrail də orada ərəb soyqırımı tətbiq edir. Özü də demokratik dəyərlərin üzdə müdafiəçisi olan ABŞ-ın gözü qarşısında. Türkiyənin gələcəyinə ləkə atmasınlar. Bu gün məkrli, riyakar diplomatik siyasətdən əl çəkib, sivil siyasətə keçməyin vaxtı deyilmi? Yoxsa, cənablar siz siysətbazlıq edərək, dünyanı yeni III Dünya savaşınamı çəkmək istəyirsiniz? Tərəqqipərvər Avropa və Dünya ölkələri qarşısında xəcalətli qalmamağa çalışın. Belə siyasətbazlığın nəticəsidir ki, Rusiya beynəlxalq məclislərdə dəfələrlə qızarıb, pərt duruma düşüb, xəcalət təri töküb.
Siyasət siyasət yerində, din din yerində, onsuz da dünya dəliliyə doğru sürətlə yuvarlanır, ən bəsit tövürlə, nəhayət gəlin başımızın üstündə Tanrının mövcud olduğunu düşünək. Öfkələnmək lazım deyil. Nə qədər ki, Allahın qəzəbinə gəlməmişik, Tanrı yolunu tutaq.
Bu xəbər oxucular tərəfindən 1512 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |