Şrift:
Daşqınlar Avropanın mərkəzində 3 nəfərin ölümünə, 8 nəfərin itkin düşməsinə səbəb oldu
03.06.2013 [10:04] - Xəbərlər, Hadisə
Çexiyada ən azı 2 nəfər, Avstriyada isə bir nəfər daşqınların qurbanı olub. 4-ü Çexiya, 2-si Avstriya və 2-si Almaniyanın cənubunda olmaqla 8 nəfər itkin düşüb. Bu barədə "Frans Press" agentliyi xəbər verir.
Çexiya hakimiyyəti daşqınla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Praqda subasma zonalarından sakinlər təxliyyə olunur. Ölkənin mərkəzi rayonlarında yağışlar səngimir, çaylarda suyun səviyyəsi artmaqda davam edir.
Avstriyada daşqın səbəbindən yüzlərlə sakin təxliyyə olunub, minlərlə şəxs təbiət hadisəsinin fəsadlarının aradam qaldırılmasında iştirak edir.
Almaniya hakimiyyəti 10 şəhərdə və Bavariya əyalətində daşqınla əlaqədar həyəcan təbili çalır.
Daşqınlar Avropanın mərkəzində dəmiryol və avtomobil nəqliyyatının işini də çətinləşdirib.
Bu xəbər oxucular tərəfindən 930 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed