Şrift:
İraqda zəhərli qaz istehsal edən 3 gizli fabrik aşkarlandı
03.06.2013 [10:49] - Gündəm, Hadisə
İraqda “Əl Qaidə” terror təşkilatının kimyəvi silah istehsal edən qanadı aşkarlanıb.Bu barədə İraqın müdafiə nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd əl Askari bəyan edib.
Onun sözlərinə görə, “İraqın müdafiə nazirliyi yanında xüsusi xidmət qurumu üç fabrik aşkarlayıb – onlardan ikisi Bağdadda, biri isə əyalətlərin birində fəaliyyət göstərib. Bu müəssisələrdə zəhərli zarin və xardal qazları istehsal olunub. Ehtimala görə, bu qazlar gələcəkdə İraq, Avropa və Şimali Afrikada istifadə edilə bilər.
Bu xəbər oxucular tərəfindən 921 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed