Şrift:
Vilnüsdə növbəti iclas
03.06.2013 [12:45] - Gündəm, Siyasət
İyunun 28-də Vilnüsdə Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskasın verdiyi məlumata görə, hökumətlərarası komissiyanın toplantısında iki ölkə arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin hazırkı vəziyyəti, onların inkişaf perspektivləri müzakirə olunacaq. Həmçinin, iclasda Azərbaycan tərəfinin İT sahədə bir sıra investisiya layihəsinin təqdimatını keçirəcəyi gözlənilir.

Xatırladaq ki, Litva-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının son iclası 2012-ci ilin aprel ayında Bakıda keçirilib.
Bu xəbər oxucular tərəfindən 918 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed