03.06.2013 [12:47] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Kazimirovun "Naxçıvan sərsəmləmələrinə" MR siyasiləri nəhayət reaksiya verdilər
Fərəc Quliyev: "Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun"
"Mən bu mövzu ilə bağlı nümayiş olunan susqunluğu kəskin şəkildə pisləyirəm"
Uzun müddətdir Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan, lakin ortaya heç bir nəticə çıxara bilməyən ATƏT-in Minsk Qrupu müxtəlif vaxtlarda istər rəsmi Bakının, istərsə də Azərbaycan ictimaiyyətinin fərqli təbəqələrinin kəskin tənqidinə tuş gəlib. Cərəyan edən bəzi hadisələr qurumun heç bir real işlə məşğul olmadığına, sadəcə, baş girələdiyinə əyani sübutdur.
Hətta ATƏT-də təmsil olunan diplomatların Azərbaycana qarşı hansı səviyyədə qərəzli olması onların verdiyi açıqlamalardan aydın hiss edilir.
Bunu müxtəlif vaxtlarda həmsədr postunda çalışan diplomatların sərgilədiyi qərəzli münasibətlərin tarixinə ekskurs etməklə sübuta yetirmək o qədər də çətin deyil. Eyni mövzuda növbəti sərsəm açıqlama hər zaman açıq ermənipərəst mövqeyi ilə seçilən keçmiş diplomat Vladimir Kazimirovdan gəlib.
Belə ki, bir neçə gün öncə İrəvana səfər edən Rusiya Diplomatlar Assosiasiyası sədrinin birinci müavini, 1992-1996-cı illərdə ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri olmuş Vladimir Kazimirov bir sıra iftira dolu açıqlamalarla çıxış edib. Onun budəfəki hədəfinə Naxçıvan MR tuş gəlib.
Kazimirovun sözlərinə görə, Naxçıvanın tarixini bilmədən Qarabağ münaqişəsinin yaranma səbəbini anlamaq olmaz. O, Naxçıvanda yerli əhalinin guya 60%-ni ermənilərin təşkil etdiyini, lakin Qarabağ münaqişəsinin başlanması ərəfəsində muxtar vilayətdə erməni əhalinin qalmadığını deyib: "Bu gün məlum səbəblərdən Bakı Naxçıvanın yerli əhalisinin hara getdiyini açıqlamaq istəmir. Ermənilər isə danışıqlar masası arxasında bunu onlara lazımınca xatırlatmır".
Azərbaycanın başına gələn bir sıra bəlaların kökündə Rusiyanın dayandığı heç kimə sirr deyil. Məsələ ondadır ki, 19-cu əsrin əvvəllərində Azərbaycan Rusiya və İran arasında bölündükdən sonra, torpaqlarımızda ermənilərin məskunlaşdırılması siyasətinə start verildi. İrandan, Türkiyədən yüz minlərlə erməni Rusiyanın məkrli siyasətinə uyğun olaraq tarixi Azərbaycan ərazilərinə köçürüldü.
Bütün tarixi qaynaqlar da sübut edir ki, daim ermənilər
Azərbaycan ərazisinə köçürülüb və heç vaxt Naxçıvanda ermənilərin sayı Kazimirovun iddia etdiyi sayda olmayıb.
Hətta sovetlər dönəmində belə, Naxçıvanda yaşayan ermənilərin sayı tək-tük olub.
Ancaq məsələnin maraqlı olan tərəfi vaxtilə Naxçıvanda yaşayan ermənilərin sayı barədə heç bir reallığa söykənməyən məlumatın təqdimatına müşahidə edilən sönük reaksiya ilə bağlı oldu. Naxçıvan əhalisinin digər bölgələrlə müqayisədə ciyasi cəhətdən nisbətən dinamik olması da dəqiqdir. Bu səbəbdəndir ki, Azərbaycanın siyasi arenasında əslən Naxçıvandan olan siyasətçilər çoxluq təşkil edir. Təbii ki, bu, Naxçıvanla bağlı olan istənilən bir məsələyə verilən reaksiyalardan da aydın sezilir. Hətta bəzən elə olur ki, Naxçıvana aid fikir bildirmək üçün MR əsilli siyasətçilər növbəyə durur.
Kazimirovun Naxçıvan əhalisinin 60%-ni ermənilərin təşkil etməsi barədə verdiyi açıqlamaya Naxçıvan əsilli siyasilərin nümayiş etdirdiyi susqunluq nə ilə bağlıdır?
Millət vəkili Fərəc Quliyev "Bakı-Xəbər"ə açıqlamasında bildirdi ki, bu cür sərsəm bəyanatlara təkcə Naxçıvan əsilli siyasətçilər deyil, cəmiyyətin bütün təbəqələri münasibət bildirməlidir: "Mən bu fikirlər səsləndiriləndə "Avronest"in tədbirində olmuşam. Onların yazdığı məktuba cavab hazırlayıb 60 Avropa parlamentinin üzvünə, 50-yə qədər də Şərq Tərəfdaşlığı ölkələrinin deputatlarına payladım. Mən bütün mətbuata da həmin məktubun surətini göndərmişdim, ancaq təəssüflər olsun ki, dərc olunmadı. Belə məsələlər ümummilli əhəmiyyət kəsb etdiyi üçün həssas yanaşma tələb edir. Həmin tədbirdə Latviyanın keçmiş prezidenti Lansberkis də məni müdafiə etdi. Demək istəyirəm ki, Kazimirovun bildirdiyi fikirlərə də səthi yanaşmaq olmaz. Sizin qəzet vasitəsilə Kazimirova bildirmək istəyirəm ki, getsin tarixi yaxşı oxusun. Çünki "Gülüstan" müqaviləsindən sonra Naxçıvan və İrəvan xanlıqları hələ Rusiyanın işğalına verilmədi. Yalnız "Türkmənçay" razılaşmasından sonra deyilən ərazilər Rusiyanın təsiri altına düşdü. Proseslərin davamı olaraq, Türkiyədən və İrandan ermənilər həmin ərazilərə yerləşdirilməyə başladı. Oralarda erməni olmayıb. Tarixə istinad etmək istəyirsə, qoy düzgün mənbələrdən araşdırsın bu məsələni. Bir neçə gün öncə Jirinovski telekanallardan birində yenidən Azərbaycanın ünvanına olmazın iftiralarını səsləndirdi. Təəssüflər olsun ki, heç ona da cavab verən tapılmadı. Bunların qabağından qaçmaq olmaz. Belə etdikcə onlar daha da üstümüzə gəlir. Mən "Avronest"də tələb etdim ki, bütün problemlərlə bağlı Rusiyanın adı açıq hallanmalıdır. Deputatların nəzərinə çatdırdım ki, passivlik nümayiş etdirdikcə Rusiya Avrasiya İttifaqı adı ilə öz imperiya maraqlarını yenidən təmin etmək istəyir".
Fərəc Quliyev daha sonra bildirdi ki, xüsusilə mətbuat belə məsələlərə həssas yanaşmalıdır: "Ümummilli məsələyə barmaqarası yanaşmaq olmaz. Belə mövzular gündəmdə saxlanmalıdır. Tarixçilərimiz, siyasətçilərimiz, jurnalistlərimiz fəal işləməlidir.
Kazimirova bir daha məsləhət görürəm ki, "Türkmənçay" və "Gülüstan" müqaviləsinin şərtlərinə və Dərbəndin onlar tərəfindən necə işğal olunmasına dəqiq baxsın. Rusiyanın Zəngəzuru ermənilərə necə verməsinə aydınlıq gətirsin. Sovet imperiyası dönəmində Azərbaycandan qoparılaraq Ermənistana peşkəş edilən ərazilərə diqqət yetirsin. Mən bu mövzu ilə bağlı nümayiş olunan susqunluğu kəskin şəkildə pisləyirəm".
Bakı Xəbər qəzeti Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 1542 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |