Şrift:
Rabitənin baş məşqçisi Azərbaycana çempion kimi gəlir
03.06.2013 [13:07] - İdman
Qadın voleybolçular arasında İsveçrənin Montre şəhərində keçirilən “Volley Masters” turnirinə yekun vurulub. 8 yığmanın qatıldığı yarış Braziliya millisinin çempionluğu ilə yekunlaşıb.

Azərbaycan çempionu “Rabitə”nin yeni baş məşqçisi Paulo Kokonun çalışdırıcılar korpusunda yer aldığı “sambaçılar” həlledici oyunda Rusiya ilə qarşılaşıb. Cənubi amerikalılar Avropa çempionatının final mərhələsində Azərbaycan millisinin rəqibi olan şimal qonşularımıza qalib gəliblər – 3:0 (25:23, 25:23, 25:22). Üçüncü yer uğrunda matçda isə Dominikan Respublikası İtaliyanı 3:1 (15:25, 25:22, 25:18, 26:24) hesabı ilə məğlub edib.

Qeyd edək ki, turnirə Braziliya və Dominikan Respublikası istisna olmaqla, digər komandalar gənc voleybolçularla qatılıblar.
Bu xəbər oxucular tərəfindən 973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed