03.06.2013 [14:33] - İqtisadiyyat
Vahid Məhərrəmov: “Çörəyin qiymətinin düşməsi və ya qalxması isə tələblə təklifdən asılıdır”
İqtisadi İnkişaf Nazirliyinin yaydığı məlumata görə, bu qurumun xəttilə kreditlə ölkədə 30-a yaxın çörək zavodları tikiləcək. Qeyd edək ki, Azərbaycan əhalisinin istehlakında çörək və çörək məhsulları geniş yer tutur. Ona görə də ölkəmizdə çörək strateji məhsul sayılır. Hazırda ölkədə çörək istehsalı ilə özəl şirkətlər məşğuldur. Bu istiqamətdə yaranan çörək sexləri əsasən kiçik olmaları ilə seçilirlər. Digər tərəfdən, çörək sexlərinin əksəriyyəti heç də sanitar- gigiyenik qaydalara riayət etmirlər. Belə halda istehsal olunan çörəyin keyfiyyət göstəricilərilə bağlı da istər-istəməz müəyyən şübhələr yaranır. Böyük ehtimalla yeni yaranan çörək zavodları çörəyin keyfiyyəti məsələsində müəyyən müsbət dəyişikliklərin baş verməsinə təkan verəcək. Ümumiyyətlə, görəsən, yeni zavodların tikintisi çörəyin qiymətinin aşağı düşməsinə təsir edəcəkmi?
Hazırkı situasiyada bilirik ki, bir sıra hallarda çörək sexləri qiyməti qaldırırlar. Bu alınmadıqda isə onlar çəkini azaltmaq yolunu tuturlar. Digər tərəfdən, yeni zavodların fəaliyyətə başlaması kiçik çörək sexlərinin gələcək taleyinə necə təsir göstərəcək?
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov yeni zavodların tikilməsilə çörəyin qiymətində hər hansı bir dəyişikliyin olacağına inanmır: “Çörəyin qiymətinin düşməsinə müsbət təsir göstərən amil buğdanın keyfiyyətilə bağlıdır. Ölkə keyfiyyətli buğda istehsal etsə, ondan alınan un və istehsal edilən çörək də keyfiyyətli olacaq. Çörəyin qiymətinin düşməsi və ya qalxması isə tələblə təklifdən asılıdır. Ölkədə onsuz da çörək istehsal olunur, amma keyfiyyəti standarta uyğun deyil. Heç şübhəsiz keyfiyyətli buğdanın qiyməti digər buğdanın qiyətindən fərqlidir, bu fərq hardasa 20 faizə qədərdir. Yeni zavodlarda istehsal prosesi xüsusi yanaşma tələb edəcək və bu halda keyfiyyətli çörəyin qiyməti də yüksək olacaq. Amma bu gün bazarda çörəyin qiymətinin qalxması dünyada taxılın qiymətinin sürətlə bahalaşması fonunda baş verə bilər. Digər hallarda isə inanmıram ki, yeni zavodların tikilməsilə çörəyin hazırkı qimyətlərində hər hansı bir dəyişiklik olsun”.
Həmsöhbətimiz onu da qeyd etdik ki, yeni zavodların fəaliyyətə başlaması ilə kiçik çörək sexləri birmənalı olaraq sıradan çıxacaq: “Çünki bazarın mövcud tutumundan artıq çörək istehsal etmək mümkün deyil. Yeni zavodlara yeni texnologiya tətbiq olunacaq, burada ola bilsin daha keyfiyyətli məhsul istehsal edilsin. Belə ola halda proses istər-istəməz kiçik çörək sexlərinin sıradan çıxmasına təsir edəcək”.
Günel Cəlilova

Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |