Şrift:
İran prezidentliyinə namizəd: Azərbaycan İran üçün təhlükədir
04.06.2013 [10:25] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran prezidentliyinə namizəd Həsən Ruhani Azərbaycan Respublikasını İran üçün təhlükə riski adlandırıb.

İranın "Arannews" xəbər portalının məlumatına görə, Ruhani İran diplomatiyası barədə danışarkən deyib: “Azərbaycan Respublikası təhlükəsizlik riskinə çevrilib”. Onun fikrincə, Türkiyənin bölgədə ambisiyaları İran üçün problem yarada bilər. “Ona görə də bu ölkələrdə baş verən hadisələr diqqətlə izlənilməli və qarşılıqlı olaraq, əsasən də ortaq sərhədlərdə lazımı tədbirlər görülməlidir”, o qeyd edib.

H. Ruhani Azərbaycan Respublikasının İrana qarşısı mövqeyinə və siyasətlərinə toxunaraq deyib: “Digər şimal qonşular da İranın durumunu dərk etmiş mövqedən istifadə edərək öz münasibətlərini qərblə möhkəmləndirməyə çalışır və müxtəlif dərəcədə İrandan uzaqlaşır ki, qərblə münasibətlərində problemlər yaranmasın. Bu ölkələr arasında mübaliğə etmədən demək olar ki, Azərbaycan Respublikası İran üçün təhlükəsizlik riskinə çevrilib”.

H. Ruhani bəzi dövlətlərin İranda etnik təfriqələr yaratmağa çalışmalarına işarə edərək deyib: “Etnik hərkətlər xarici dövlət və qrupların dəstəyi ilə bu qeyri-normal vəziyyətə kömək etmişdir”, prezidentliyə namizəd bildirib.
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed