04.06.2013 [12:38] - Gündəm, İdman
Madridin «Real» klubunun prezidenti Florentino Peres Kriştianu Ronaldunu heç bir pula satmaq istəmədiyini bəyan edib. Bu barədə RBK məlumat verir. «Ronaldu ilə müqavilənin müddətini artırmaq üçün bütün qüvvəmdən istifadə edəcəyəm. Onun indiki müqaviləsi iki illikdir. O dünyanın ən yaxşı futbolçusudur. Biz onunla bir yerdə irəli getmək istəyirik. Mən Kriştianunu hətta milyard avroya da satmaram», deyə Peres bildirib. Xatırladaq ki, Ronaldu ilə «Mançester Yunayted» və «Pari Sen-Jermen» maraqlanırlar.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |