Şrift:
Human Rights Watch: İran həbsxanalarında ən azı 11 nəfər daşqalaq hökmünün icrasını gözləyir
04.06.2013 [16:12] - Güney Azərbaycan xəbərləri, Hüquq
“Human Right Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı İranla bağlı bəyanat yayıb. Sənəddə İran rəsmilərindən ölkə vətəndaşlarına qarşı islam cəza qanunlarını tətbiq etməmək istənilib. Bəyanatda İranda daşqalaq vasitəsilə edam etmək məsələsinə xüsusi toxunulub.
Təşkilatın Orta Şərq bölgəsi üzrə şöbəsinin sədri Sara Li Vitson bildirib ki, daşqalaqla öldürmək pis cəza metodudur və dünyanın heç bir yerində icra edilmir: “İran bu hökmü yenidən islami cəza qanununda saxlamaqla ölkənin məhkəmə mexanizmlərinin qorxu, işgəncə, ədalətsizlik yaratmaq olduğunu və hakimiyyətini sürdürmək istəyini sübut etdi”.
“Human Rights Watch”un hesabatına görə, bu gün İran həbsxanalarında ən azı 10 qadın və 1 kişi barələrində çıxarılmış daşqalaqla edam edilmək hökmünün icrasını gözləyir: “1979-cu il İslam inqilabından indiyədək ən azı 70 nəfər daşqalaq edilərək öldürülüb”.
Bu xəbər oxucular tərəfindən 1295 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed