04.06.2013 [23:43] - Gündəm, Sağlıq
Adil Qeybulla: “GMO məhsulları insan səhhəti üçün zərərlidir”
Eyyub Hüseynov: “Genetik modifikasiya olunmuş məhsullar dünyada, o cümlədən Azərbaycanda geniş yayılmağa başlayıb”
XXİ əsrin əsas roblemlərindən biri də ərzaq təhlükəsizliyidir. Son illərdə dünya bazarlarında qida məhsullarının bahalaşması, istehsal olunan ərzağın dünya üzrə qeyri-bərabər paylanması, ərzaq qıtlığı, qida məhsullarının idxalından asılı olan dövlətlərin ərzaq suverenliyinin olmaması və s. məsələlər qlobal problem səviyyəsində dəyərləndirilir. Dünyanın əksər ölkələrində urbanizasiya ilə əlaqədar olaraq əkinə yararlı torpaqların və kənd təsərrüfatında çalışanların azalması, eyni zamanda, əhalinin sayının və qida məhsullarına tələbatın artması ərzaq təhlükəsizliyi problemlərini daha da qabardır.
Demək olar ki, ərzaq məhsullarının tərkibi, onların təhlükəsizliyi ilə bağlı beynəlxalq miqyaslı qalmaqallar mütəmadi hal alıb. Məsələn, 2010-cu ilin sonu, 2011-ci ilin əvvəlində bazarlarda tərkibində zəhərli maddələr olan texniki yağla qidalandırılmış heyvanların ətinin satılması xəbərinin yayılması Avropada «dioksin skandalı»nın meydana çıxmasına səbəb olmuşdu. Lakin ərzaq təhlükəsizliyini hədələyən digər problemlər də vardır. BMT-nin Dünya Ərzaq Proqramının məlumatına görə, hazırda dünyada 870 milyon insan xroniki aclıqdan əziyyət çəkir. Bəşəriyyətin gələcəyinə daha çox pessimist mövqedən yanaşan alimlərin fikrincə, yetərincə qidalanmayan insanların sayı qarşıdakı illərdə daha da artacaq. Proqnozlara görə, 2050-ci ilədək dünya əhalisinin sayı 9 milyardı ötəcək və nəticədə qlobal ərzaq çatışmazlığı özünü daha çox hiss etdirəcək.
Bu təhlükənin qarşısının alınması üçün alimlər tərəfindən irəli sürülən çıxış yolu isə ilk baxışda tərəddüd yaradan, bəşəriyyətə faydalı, yoxsa zərərli olacağı dəqiq bilinməyən bir təklifdir. Ekspertlərin irəli sürdüyü və bir sıra dövlətlər tərəfindən dəstəklənən ideya genetik modifikasiya olunmuş məhsulların istehsalının daha da genişləndirilməsi və bütün dünyada əsas qida qismində istifadəsinin təmin edilməsidir. Nanotexnologiyalar əsasında meydana gətirilən yeni növ qida məhsullarının insanların gündəlik ərzaq istehlakında ənənəvi məhsulları üstələməsi və hətta tamamilə əvəz etməsi qlobal ərzaq sistemində növbəti inqilabi yenilik deməkdir.
Məlumat üçün bildirək ki, geni dəyişdirilmiş məhsullar bazarlara ilk dəfə 1990-cı illərin əvvəllərində çıxarılıb. Sonrakı illərdə dünya bazarlarında GMO məhsullarının çəkisi sürətlə artıb. Aqro-biotexnoloji məhsullarla bağlı məlumatların əldə edilməsi ilə məşğul olan Beynəlxalq Xidmətin illik açıqladığı hesabata əsasən, dünyada GMO məhsullarının istehsal olunduğu torpaq sahələri sürətlə genişlənir. Statistik məlumata görə, 2012-ci ildə dünyada 28 ölkənin ümumilikdə 170 milyon hektar ərazisində GMO məhsulları becərilib, həmin ərazinin təxminən yarısı Çin, Hindistan, CAR, Braziliya və Argentinanın payına düşür. GMO məhsullarını becərildiyi əkin sahələrinin ölçüsünə görə isə ABŞ dünyada birinci yerdədir.
Genetik modifikasiya bitkilərin, heyvanların genlərində bir və daha artıq elementdə dəyişiklik edilməsi, müxtəlif bakteriyalara, bitkilərə, heyvanlara məxsus genlərin həmin obyektin üzərinə köçürülməsi yolu ilə baş verir. Gen mühəndisliyi texnologiyalarından istifadə edilməklə meyvə və tərəvəz məhsullarına, texniki bitkilərə müxtəlif yöndə təsir göstərmək mümkündür. Genetik modifikasiya bəzən bitkinin tərkibindən onun çürüməni təmin edən elementin çıxarılmasından ibarət olur. Belə olduqda məhsul normal temperaturda aylarla görünüşündə heç bir dəyişiklik olmadan qala bilir. Bir çox hallarda, xüsusən də meyvə və tərəvəzlərə ölçüsünün və çəkisinin daha böyük olması, daha çox məhsuldarlığın əldə edilməsi, məhsulların cəlbedici görünməsi üçün onlara əqrəb, balıq, inək və digər canlıların genləri əlavə olunur. Genetik modifikasiya olunmuş toxumlardan yetişən bitkilər, adətən, kəskin hava şəraitinə, kimyəvi maddələrə davamlı olur, hətta özlərində zəhər istehsal etmək bacarığı sayəsində onları yeyən həşəratları məhv edir. Başqa sözlə desək, həmin bitkilər zərərvericilərlə özləri «mübarizə aparırlar». Genetik modifikasiyası ən geniş yayılan bitkilər içərisində əksər növ meyvə və tərəvəzləri, soyanı, şəkər çuğundurunu, pambığı qeyd etmək olar. Fermalarda saxlanılan heyvanların GMO qidalarla bəslənilməsi də kifayət qədər geniş hal alıb. Yaxın gələcəkdə isə genetik modifikasiya olunmuş heyvanlar insanların qida rasionuna daxil ola bilər.
Ümumiyyətlə isə belə məhsulların insan sağlamlığına təsiri ilə bağlı alimlərin səsləndirdiyi fikirlər fərqlidir.
Həkim ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, insanlar GMO-nun nə olduğunu bilmir: “Genomun daxilində dəyişiklik etmək olar, amma bir genə başqa bir genin daxil edilməsi, əlbəttə ki, immun sistemini dağıdır. Bu, insan üçün böyük zərbədir. Orqanimzdə olan mikrofloraların kənar müdaxilələrə necə reaksiya verəcəyi hələlik sual altındadır. Bunun üçün araşdırmalara ehtiyac var. Bir çox ölkələrdə genetik modifikasiya olunmuş məhsulların ölkəyə gətirilməsi və satışını tənzimləyən mexanizim mövcuddur. Azərbaycanda isə bu sahədə heç bir qanun layihəsi mövcud deyil”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, ÜTT-yə qəbuldan sonra ölkəmizdə GMO məhsullarının həcmi artacaq. Bu isə biomüxtəlifliyin pozulmasına, aborigen bitkilərin məhvinə gətirib çıxara bilər: “Təşkilatımız artıq 10 ildən çoxdur ki, genetik modifikasiya olunmuş məhsullarla bağlı məsələni qaldırır. Genetik modifikasiya olunmuş məhsullar dünyada, o cümlədən Azərbaycanda geniş yayılmağa başlayıb. GMO-nu hazırlayanlar bununla iddia edirlər ki, dünyanı aclıqdan xilas edirlər. Amma aclıqdan o yerləri xilas etmək lazımdır ki, orada həqiqətən də aclıq hökm sürür. Amma reallıqda bunun əksini müşahidə edirik. Artıq aclığın olmadığı ölkələrdə də GMO geniş yayılır. Bu halda isə həmin ölkələrdə təbiətin biomüxtəlifliyi pozulur. Ona görə də BMT-nin “Təbiətin biomüxtəlifliyinin qorunmasına dair” Konvensiyası var ki, Azərbaycan da ona qoşulub. Bu konvensiyadan irəli gələn protokolu Azərbaycanda daxil olmaqla 153 ölkə ratifikasiya edərək GMO-nun qarşısını almaq istiqamətində üzərlərinə öhdəlik götürüblər. Məhsulun yoxlanılması üçün ölkəmizdə artıq laboratoriyalar da yaradılır. Azərbaycanın ÜTT-yə qəbulundan sonra istər-istəməz GMO-nun ölkəmizdə həcmi daha da artacaq. Belə olduqda ölkəmizdə biomüxtəlifliyin pozulması, aborigen bitki növlərinin yoxa çıxması prosesi daha sürətlə gedəcək. Digər tərəfdən nəticəsi 100 ildən sonra bəlli olacaq müxtəlif xəstəliklərin əsası qoyula bilər. Yerli bitki növləri də sıradan çıxacaq. Lakin bununla belə məlumdur ki, Azərbaycan həmin təhlükələrə hazırlaşır. GMO-nun təklif olunduğu ölkələr çıxış yolu kimi belə məhsulları markalayırlar. Düşünürəm ki, ÜTT-yə qəbuldan sonra genetik məhsulların ölkəmizdə artması fonunda Azərbaycan da bu yolu tutacaq”.
Günel CƏLİLOVA

Bu xəbər oxucular tərəfindən 1256 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |