Şrift:
Azərbaycanda yeni neft-kimya kompleksi 2020-ci ilədək tam istismara veriləcək
05.06.2013 [11:58] - İqtisadiyyat
Azərbaycanda tikintisinə hazırlıq işləri aparılan neft, qaz və neft-kimya kompleksi 2020-ci ilədək istifadəyə veriləcək.


Bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.



Onun sözlərinə görə, artıq dünyanın tanınmış şirkətlərinin iştirakı ilə neft, qaz və neft-kimya kompleksinin inşası layihəsinin texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Həmçinin, maliyyə hüququ lisenziyalarının qiymətləndirilməsi və seçilməsi ilə bağlı məsləhətçi şirkətlər müəyyən olunub.



R.Abdullayev qeyd edib ki, yeni kompleks 4 müəssisədən – neft emalı, qaz emalı, neft-kimyası zavodları və istilik enerjisi mərkəzindən ibarət olacaq: «Bu müəssislərin istismara verilməsi mərhələli şəkildə 2017-2020-ci illərdə həyata keçiriləcək».
Bu xəbər oxucular tərəfindən 961 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed