05.06.2013 [12:08] - İqtisadiyyat
Bakıda işə başlayan beynəlxalq neft-qaz konfransındakı çıxışında Böyük Britaniyanın Azərbaycan üzrə ticarət nümayəndəsi Çarlz Hendri bildirib ki, Böyük Britaniya hələ də Azərbaycana investisiya yatıran ən böyük investor ölkədir.
Onun sözlərinə görə, indiyədək Azərbaycana yatırılan birbaşa sərmayələrin demək olar ki, yarısı Böyük Britaniyanın payına düşür. «Təkcə BP Azərbaycan iqtisadiyyatına 25 mlrd. dollardan artıq sərmayə yatırıb. Azərbaycanda Britaniyanın 300-ə yaxın şirkəti fəaliyyət göstərir. Bunlar təkcə neft-qaz sektorunda deyil, digər sahələrdə - tikinti, dizayn, menecment, nəqliyyat, infrastruktur, maliyyə və təhsil sahələrində fəaliyyət göstərir», - deyə Ç.Hendri bildirib.

Bu xəbər oxucular tərəfindən 943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |