05.06.2013 [12:22] - Xəbərlər, Gündəm
Azərbaycan Respublikası Milli Məclisin regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Cavanşir Feyziyev və Rasim Musabəyov “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak etmək üçün iyunun 5-də Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfərə yola düşəcəklər.
Tədbirdə hər iki ölkənin dövlət və hökumət rəsmiləri, biznes strukturlarının, KİV-lərin və QHT-lərin nümayəndələri, ekspertlər iştirak edəcəklər.
“Rusiya-Azərbaycan regionlararası dialoq-2013” forumunun açılışında bu iki ölkənin dövlət başçılarının iştirakçılara müraciətləri oxunacaqdır. Plenar iclasda dövlət və hökumət rəsmilərinin çıxışları dinləniləcək, daha sonra ikitərəfli sənədlərin imzalanması mərasimi olacaqdır.
Tədbir çərçivəsində keçiriləcək dəyirmi masalarda regionlararası əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə ediləcək, enerji tərəfdaşlığının intensivləşdirilməsi imkanlarına nəzər salınacaqdır. İqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da möhkəmləndirilməsi diqqət mərkəzində olacaq, Xəzər regionunda sabitliyin təmin olunmasında Rusiya ilə Azərbaycanın rolundan söhbət açılacaqdır. Həmçinin, Rusiya və Azərbaycan gənclərinin yaxınlaşması, yeni nəslin dialoqunun qurulması istiqamətində fikir mübadiləsi aparılacaqdır.
Milli Məclisin deputatları “dəyirmi masa” ətrafındakı diskussiyalarda fəallıq göstərəcək, təkliflər irəli sürəcəklər.
Sonda Forumun nəticələri barədə yekun bəyannamə qəbul ediləcəkdir.
Biznes qurumlarının rəhbərləri ilə “dəyirmi masa” moderatorları birgə mətbuat konfransı keçirəcəklər.
Forum çərçivəsində təşkil edilmiş sərginin təntənəli açılışı, həmçinin Volqoqradın görməli yerlərinin, “Stalinqrad döyüşü qəhrəmanları”nın xatirə kompleksinin ziyarət edilməsi də nəzərdə tutulmuşdur.
Səfər iyunun 7-də başa çatacaqdır.

Bu xəbər oxucular tərəfindən 756 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |