Şrift:
Məhsulların ucuzlaşmasının və bahalaşmasının statistikası
05.06.2013 [12:27] - Gündəm, Sosial
Dövlət Statistika Komitəsi 2013-cü ilin may ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərinin dəyişməsi haqqında məlumat yayıb. Mayda satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətləri 0.2 faiz, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 5,1 faiz bahalaşıb. Lakin ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
Birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4 faiz, arpanın 0,4 faiz, kartofun 0,2 faiz, kələmin 2,2 faiz, baş soğanın 2,3 faiz, qırmızı turpun istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,2 faiz, xiyarın 13,8 faiz, göyərtilərin 3,9 faiz, quru otun 8,2 faiz, yoncanın 7,6 faiz, baş sarımsağın istehsalçı qiymətləri isə 1 faiz ucuzlaşıb.
Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşı. Qozun istehsalçı qiymətləri 0,2 faiz, limonun istehsalçı qiymətləri isə 11 faiz bahalaşıb.
Bununla yanaşı, diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2 faiz, inəyin 1,9 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,8 faiz, südün 0,3 faiz, yumurtanın 14,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,3 faiz ucuzlaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,8 faiz ucuzlaşma müşahidə olunub.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed