06.06.2013 [10:26] - Gündəm, Mədəniyyət
Bu gün Rumıniyanın paytaxtı Buxarest şəhərində “Gənclərin İqtisadi, Sosial və Mənəvi İnkişafına Yardım” İctimai Birliyi tərəfindən Azərbaycan uşaqlarının rəsm sərgisinin açılış mərasimini keçirilib.
Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan-Rumıniya Ticarət Palatasının təşkilati dəstəyi ilə Rumıniya Milli Kitabxanasında baş tutan sərgini giriş sözü ilə Heydər Əliyev Fondunun Rumıniyadakı nümayəndəliyinin rəhbəri İqbal Hacıyev açıb, sərginin əhəmiyyətindən danışıb.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev çıxış edərək, Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının ölkəmizdən kənarda dövlətçiliyimizin inkişafına yönəlik müxtəlif tədbirlər təşkil etməsini yüksək qiymətləndirib. Bildirib ki, bütün bunlar prezident İlham Əliyevin gənclərə və gənclər təşkilatlarına göstərdiyi etimadın nəticəsidir. Azərbaycan Gənclər Fondunun da öz növbəsində belə layihələri dəstəkləməsi təqdirəlayiqdir.
Layihənin koordinatoru, Azərbaycan-Rumıniya Ticarət Palatasının sədri Şahin Nəbiyev Rumıniyada yalnız ticarət layihələri deyil, müxtəlif sosial layihələrə də dəstək verəcəklərini qeyd edib.
Tədbirdə Rumıniya parlamentinin deputatları, Azərbaycanın Rumıniyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının əməkdaşları, Rumıniyanın elm və ictimaiyyət nümayəndələri, tələbələr, KİV və yerli QHT-lər iştirak ediblər.
Qeyd edək ki, 3 gün davam edəcək sərgidə məcburi köçkün uşaqlarla yanaşı, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Nizami adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Respublika İncəsənət Gimnaziyasının Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və Bakı şəhər gənc turistlər və diyarşünaslıq mərkəzinin şagirdlərinin çəkdiyi rəsmlər nümayiş etdirilir.

Bu xəbər oxucular tərəfindən 1234 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |