06.06.2013 [11:03] - Xəbərlər, Türk dünyası-Turan
BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan haqları üzrə ali komissarlığı İstanbulda və Türkiyənin digər şəhərlərində nümayişçilərə qarşı ifrat güc tətbiqindən narahatlığını bildirib.
Komissarlıq Türkiyə hökumətini sərbəst toplaşmaq azadlığını, etirazçıları isə nümayişlərin dinc xarakterli (mahiyyətli) olmasını təmin etməyə çağırıb.
Komissarlığın mətbuat katibi Sesil Puyi Türkiyə hökumətinin ifrat güc tətbiqi hallarına yol verildiyini qəbul etməsini və qanunları, beynəlxalq normaları pozan hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı təhqiqat aparmağa hazır olmasını alqışlayıb: “Belə təhqiqatlar sürətli, müstəqil və tərəfsiz aparılması, günahkarlar məhkəməyə verilməlidir”.
S. Puyi Türkiyədə çoxlu sayda insanın saxlanıldığı, onlarla nümayişçinin yaralandığı haqda xəbərlər aldıqlarını söyləyib. O bəyan edib ki, bütün yaralılar təmaneəsiz tibbi yardım almalı, saxlanılanların müdafiə hüququ təmin olunmalıdır. O, Türkiyə hökumətini vətəndaş cəmiyyəti ilə dialoqa çağırıb.

Bu xəbər oxucular tərəfindən 875 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |