06.06.2013 [12:31] - Gündəm, Sosial
Nazirlər Kabineti 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişikliklər edib.
Dəyişikliyə əsasən, dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan vergilərin və dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan haqların ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək dövlət texniki baxışının əsas məqsədləri sırasına aid edilib.
Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi zamanı nəzərdə tutulan dövlət rüsumu və vergilər bank, poçt, plastik kart və ya internetlə bərabər, elektron ödəmə sistemləri vasitəsi ilə də ödənilə biləcək. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş rüsumun, verginin və yaxud ödənclərin ödənilməsi barədə sənəd təqdim etməlidir.

Bu xəbər oxucular tərəfindən 1119 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |