Şrift:
Bakının futbolçusu Danimarkaya qarşı oynadı
06.06.2013 [12:37] - İdman
“Bakı”nın sol cinah müdafiəçisi Georgi Popxadze Gürcüstan yığmasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Temuri Ketsbaya onu Danimarka ilə yoldaşlıq görüşündə sınayıb.

Popxadze qarşılaşmanı ilk dəqiqələrdən əvəzolunmadan keçirib. Əvvəlcə müdafiənin solunda çıxış edən 26 yaşlı futbolçu “Spartak”ın futbolçusu Jano Ananidzenin 63-cü dəqiqədə meydandan alınması ilə yarımmüdafiənin solunda oynamağa başlayıb. Görüşə gəlincə, Danimarka son dəqiqələrdə cərimə zərbəsindən vurduğu qolla 2:1 hesabı ilə qələbə qazanıb. Bununla da, Gürcüstan yığmasının qələbəsiz oyunlar seriyası 7-yə çatıb.

Qeyd edək ki, Georgi Popxadze iyunun 2-də İrlandiya ilə yoldaşlıq oyununda da forma geyinmişdi. O, 69-cu dəqiqədə “Rubin”in sabiq müdafiəçisi Dato Kvirkveliyanı əvəzləmişdi.
Bu xəbər oxucular tərəfindən 841 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed