Şrift:
Teymur Məmmədov 2011-ci ildəki nailiyyətini təkrarlamaq istəyir
06.06.2013 [12:45] - İdman
Belarusda keçirilən boks üzrə Avropa çempionatında yarımfinala vəsiqə qazanan Teymur Məmmədov 2011-ci ildəki nailiyyətini təkrarlamaq niyyətindədir. Olimpiya mükafatçımız “Baku Fires” klubunun heyətində döyüşmüş ukraynalı Denis Poyatsıka qalib gəlmək üçün bütün gücünü səfərbər edəcəyini deyib.

Məmmədovun sözlərinə görə, 2 Avropa çempionunun dueli gərgin alınacaq: “Mən Ankarada keçirilən son Avropa çempionatının qalibiyəm. Burda da məni yalnız qızıl medal qane edir. Türkiyədəki uğurumu təkrarlamağa çalışacam. Yarımfinaldakı rəqibim ukraynalı Denis Poyatsıkadır. O, 2006-cı ilin qitə çempionudur. Odur ki, yarımfinalda iki Avropa çempionu qarşılaşacaq. Yəqin ki, maraqlı döyüş olacaq. Əlimdən gələni edəcəm ki, qalib gələrək, finala yüksəlim”.

Qeyd edək ki, vaxtilə “Baku Fires” klubunun heyətində çıxış etmiş Poyatsıka 1/8 finalda “Baku Fires”in digər üzvü moldovalı Vladimir Keleşi məğlub edib. Ukrayna nümayəndəsi yarımfinala vəsiqə uğrunda görüşdə Gürcüstan təmsilçisi Levan Quledanidən üstün olub.
Bu xəbər oxucular tərəfindən 1019 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed