Şrift:
Kanada parlamenti İranı insanlığa qarşı cinayət törətməkdə günahlandırıb
07.06.2013 [10:25] - Güney Azərbaycan xəbərləri, Hüquq
Kanada parlamenti İranda islam respublikası qurulandan sonra, yəni 1980-1988-ci illərdə həyata keçirilmiş edamları “insanlığa qarşı cinayət” kimi qiymətləndirib.



İyunun 5-də Kanadanın 3 əsas partiyasının təşəbbüsü ilə bununla bağlı qanun layihəsi qəbul edilib.



Sənəddə bildirilir ki, həmin illərdə edam olunan şəxslərin Xavəranda kütləvi məzarlıqda dəfn edildiyi bildirilir. Kanada parlamenti həmçinin onların xatirəsinin əbədiləşdirilməsi üçün hər il sentyabrın 1-ni iranlı siyasi məhbusların birləşməsi günü elan edib. Bundan əlavə, Kanada Xarici İşlər və Vətəndaşlıq nazirlikləri iyunun 5-də yaydıqları açıqlamada qurbanların ailələrinə başsağlığı veriblər.



Qeyd edək ki, bundan əvvəl 1980-1988-ci illərdə edam edilmiş və ya işgəncələr altında ölmüş şəxslərin ailələri BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şəhidə məktub yazaraq günahkarları dünya ictimaiyyətinə tanıtdırılmasını istəyiblər.
Bu xəbər oxucular tərəfindən 1231 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed