07.06.2013 [10:29] - Mədəniyyət, Diaspor
Danimarkada Nizami Gəncəviyə həsr olunmuş kitab işıq üzü görəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə məşhur İsgəndəriyyə Kitabxanasının direktoru, Misir Elmlər Akademiyasının prezidenti İsmayıl Seragəldinin Nizami Gəncəviyə həsr olunmuş “Böyük dahinin poeziyası” (“The Poetry of the Magnificent Sage“) adlı kitabı Danimarkada çap ediləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin layihəsi çərçivəsində dünya kitabxanalarına təqdim olunması üçün nəşr edilən kitab ingilis dilində yüksək keyfiyyətli tərtibat və dünya muzeylərinin, eləcə də mərkəzin öz arxivindəki illüstrasiyalar, əlyazmalar hesabına bir qrup xarici mütəxəssisin dəstəyi ilə ərsəyə gəlib.
Nizami ümumbəşəri bir şəxsiyyətdir və son doqquz əsrdə Almaniyada Hötedən tutmuş, Azərbaycan bəstəkarı Qara Qarayev, Amerika ulduzu Erik Klaptona qədər minlərlə insanı dahi əsərlərini yaratmağa ilhamlandırıb.
1142-ci ildə Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan Nizami Gəncəvi milli adət və ənənələrinə bağlı olaraq bütün dünyanın mədəniyyətinə təsir edəcək bir xəzinə yaradıb. Bu günlərdə belə insanlar Nizami fəlsəfəsini, onun dahiliyini anlamaqda acizdilər. Nizami fəlsəfə, kimya, astronomiya, həndəsə kimi elmləri gözəl öyrənmiş, islam dinini mükəmməl bilərək onun ən böyük təbliğatçısına çevrilib.
Nizaminin “Xəmsə”si dünya mədəniyyətinin və bəşəriyyətin ən böyük xəzinələrindən biri sayılır. Nizami Gəncəvi bütün əsərlərində insanlığı, bəşəriyyəti narahat edən bütün problemlərə toxunduğunu və hər kəsə örnək ola biləcək addımlar atdığını bildirir.
Kitab Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsi və Gəncə İcra Hakimiyyətinin dəstəyi ilə nəşr olunur.

Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |