07.06.2013 [12:29] - Xəbərlər, Mədəniyyət
Kaliforniya Ştat Senatının bir sıra üzvləri Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 95-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edərək, bu münasibətlə Azərbaycan xalqına öz təbriklərini çatdırıblar. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, 739 saylı qətnamədə Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın 1918-ci ildə müsəlman dünyasında ilk demokratik və dünyəvi respublika qurduğu, heç bir ayrı-seçkilik salmadan hamının səsvermə hüququnu, eləcə də hətta ABŞ-dan da öncə qadınların kişilərlə bərabər siyasi hüquqlarını tanıdığı bildirilir.
Həmçinin, ADR-in müstəqilliyinin o dövrün aparıcı demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanındığı qeyd olunur və ABŞ prezidenti Vudrou Vilsonun 1919-cu ildə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə keçirdiyi görüşdən xoş təəssüratlarla ayrılması xüsusilə vurğulanır.
Ştat senatorları strateji önəm daşıyan Xəzər bölgəsində yerləşən Azərbaycanı ABŞ-ın güclü müttəfiqi və strateji tərəfdaşı kimi xarakterizə edir və müstəqilliyinin bərpasından ötən son 22 il ərzində Azərbaycanın öz suverenliyini və müstəqilliyini daha da möhkəmləndirdiyini və ən sürətlə inkişaf edən dövlətlərdən birinə çevrildiyini qeyd edirlər.
Bundan başqa, beynəlxalq terrorçuluğa qarşı mübarizədə və Əfqanıstanda aparılan əməliyyatlara Azərbaycanın verdiyi töhfələr xüsusi olaraq vurğulanır, Əfqanıstanda Azərbaycan və ABŞ əsgər və zabitlərinin çiyin-çiyinə vuruşduğu diqqətə çatdırılır.
Sonda Azərbaycanın Kaliforniya ştatı ilə bütün sahələrdə münasibətləri inkişaf etdirmək əzmində olduğu bildirilir və ölkəmizin 2006-cı ildən etibarən bu ştatda baş konsulluq ilə təmsil olunduğu qeyd olunur.

Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |