Şrift:
Azərbaycan xalçası ABŞ-da 33 milyon dollara satıldı
07.06.2013 [12:37] - Gündəm, Mədəniyyət
Azərbaycanın XVII-ci əsr Səfəvilər dövrünə aid xalçası Nyu-York auksionunda rekord qiymətə- 33,7 milyon dollara satılıb.
“Sotheby”s” auksion evi bildirib ki, üzərində üzüm tənəkləri və rəngarəng güllər təsvir edilən xalçanı telefon vasitəsilə anonim alıcı əldə edib.

Xalçanı satışa çıxardan isə Vaşinqtonda yerləşən Krokoran incəsənət qalereyasıdır. Səfəvilər dövrünə aid xalçanı incəsənət qalereyasına 1926-cı ildə Montana ştatından olan senator Uilyam Klark vəsiyyət etmişdi. Bundan öncə rekord məbləğ ödənilən xalça 2010-cu ilin aprelində Londonda 9,6 milyon dollara satılmışdı.
Bu xəbər oxucular tərəfindən 1028 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed