Şrift:
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə yeni layihə hazırlanır
07.06.2013 [13:56] - Gündəm, Diaspor
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsi Rövşən Muradov Yunanıstana səfər çərçivəsində bu ölkənin sabiq xarici işlər naziri, millət vəkili Dora Bakoyannislə görüş keçirib.



Görüşdə Cənubi Qafqazdakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi müzakirə olunub.



D.Bakoyannis bu baxımdan mayın 6-8-də Bakıda keçirilən Cənubi Qafqaz Forumu çərçivəsində aparılan danışıqların əhəmiyyətini xüsusi vurğulayıb. O, Cənubi Qafqaz regionunun inkişafına böyük mənfi təsir göstərən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünya ictimaiyyətinin daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb və Yunanıstanın danışıqların aparılmasına ev sahibliyi edə biləcəyini söyləyib.



Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannisin iştirakı və rəhbərliyi ilə Cənubi Qafqaz regionundakı konfliktlərlə bağlı müzakirələrin aparılması üçün silsilə tədbirlər layihəsi hazırlayır.
Bu xəbər oxucular tərəfindən 874 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed