Şrift:
Mehriban Əliyeva Yeni Azərbaycan Partiyası sədrinin müavini seçildi
07.06.2013 [16:19] - Xəbərlər, Gündəm
Yeni Azərbaycan Partiyasının iyunun 7-də keçirilən V qurultayında təşkilati məsələlərə baxılıb və partiya sədrinə dörd müavin seçilib.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, əvvəlki müavinlərdən yalnız Əli Əhmədov postunda qalıb (Partiya sədrinin müavini Sirus Təbrizli bir neçə il öncə YAP-dan çıxarılıb, digər müavin Murtuz Ələsgərov isə dünyasını dəyişib).

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov YAP sədrinin yeni müavinləri seçiliblər.

Qurultay artıq başa çatıb.
Bu xəbər oxucular tərəfindən 776 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed