Şrift:
Obama ABŞ kəşfiyyatının internetdə izləmə üçün məxfi proqramlardan istifadəsinə tərəfdar çıxdı
08.06.2013 [09:57] - Xəbərlər, Sosial
ABŞ prezidenti Barak Obama ölkənin kəşfiyyatının internetdə və telefon danışıqlarını izləmək üçün məxfi proqramlardan istifadəsinə tərəfdar çıxıb. RBK xəbər verir ki, ABŞ prezidenti bu cür proqramlardan istifadənin qanuni olduğunu bildirib.
O, əlavə edib ki, heç kəs amerikalıların telefonlarına qulaq asmır.
Obama vurğulayıb ki, milli təhlükəsizlik maraqları ilə insanların şəxsi həyatının toxunulmazlığı arasında balans tapılmalıdır.
Qeyd edək ki, ABŞ milli kəşfiyyatının rəhbəri Ceyms Klepper etiraf edib ki, müxtəlif ölkələr internet təşkilatlarından istifadəçilər haqqında məlumat əldə edirlər. Lakin bunlar amerikalı olmayan digər istifadəçilərdir.
Bu xəbər oxucular tərəfindən 853 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed