08.06.2013 [10:42] - Gündəm, Türk dünyası-Turan
Son günlər Türkiyədə baş verən hadisələrlə bağlı həbs edilənlər arasında 2 İran vətəndaşı da var.
Bu barədə Türkiyənin daxili işlər naziri Müəmmar Gülər açıqlama verib.
Onun sözlərinə görə, İstanbulda 6, Ankarada isə 1 xarici vətəndaş tutulub: “Diplomatik pasportu olmayan həmin şəxslərdən ikisi Fransa, biri Yunanıstan, biri ABŞ, biri Almaniya, ikisi isə İran vətəndaşıdır”.
Bu arada İranın Türkiyədəki səfirliyi Gəzinti parkı hadisələri ilə bağlı həbsə alınan 1 İran vətəndaşının qısa müddət sonra sərbəst buraxıldığını açıqlayıb. Diplomatik korpus həmçinin keçirilən nümayişlərdə digər vətəndaşlarının tutulub-tutulmaması ilə bağlı məlumat almaq üçün Türkiyə Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu xəbər oxucular tərəfindən 834 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |